Dünyanın diqqəti türk cərrahda - Canlı yayımda əməliyyat aparacaq
08.06.2026 11:08

Robotik xərçəng cərrahiyyəsi sahəsində beynəlxalq nüfuza malik mütəxəssis, həmçinin Rusiya Kolorektal Cərrahlar Assosiasiyasının fəxri üzvü Prof. Dr. Oktar Asoğlu tibb tarixində mühüm hadisələrdən birinə imza atmağa hazırlaşır.

Aztibb.az "Milliyyet" qəzetinə istinadən yazır ki, türk cərrah 9–12 iyun tarixlərində United Kingdomda keçiriləcək 10th Portsmouth Colorectal Congress çərçivəsində canlı əməliyyat həyata keçirəcək.

Professor Asoğlu dünyanın müxtəlif ölkələrindən gəlmiş aparıcı kolorektal cərrahların və alimlərin iştirakı ilə təşkil olunan konqresdə canlı əməliyyat nümayiş etdirəcək. Tədbirin əsas xüsusiyyəti əməliyyatların həm konqres zalında, həm də onlayn formatda canlı yayımlanmasıdır ki, bu da minlərlə mütəxəssisin prosesi izləməsinə imkan yaradır.

Prof. Dr. Oktar Asoğlu bildirib ki, rektum xərçənginin cərrahi müalicəsində inqilabi yeniliklərə imza atmış, hazırda 90 yaşı olan Bill Healdin moderatorluğu ilə üç cərrah eyni vaxtda canlı əməliyyat aparacaq: “Bu sahədə dünya standartlarını müəyyən edən təxminən 90 alim tədbirdə iştirak edəcək. Bill Heald moderator kimi çıxış edəcək, digər mütəxəssislər isə əməliyyatın gedişini və tətbiq olunan metodları müzakirə edəcəklər. Biz canlı performans nümayiş etdirəcəyik və təxminən 2–2,5 saat davam edən əməliyyat prosesi ətraflı şəkildə təhlil olunacaq.”

Əməliyyatı dünyanın hər yerindən izləmək mümkün olacaq

Canlı əməliyyatın 10 iyun saat 11:00-da keçiriləcəyini bildirən professor qeyd edib ki, tədbirə qeydiyyatdan keçmiş cərrahlar dünyanın istənilən nöqtəsindən onlayn qoşula, əməliyyatı izləyə və moderatorlar vasitəsilə suallar ünvanlaya biləcəklər.

Prof. Dr. Asoğlu əməliyyatı Choi və Lars Thomas ilə birlikdə həyata keçirəcək. Hər üç cərrah eyni əməliyyatın fərqli texniki yanaşmalarını paralel şəkildə nümayiş etdirəcək.

Türk cərrah bu hadisənin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq deyib: “Tələbə və assistent olduğum dövrlərdə adını eşitdiyim, maraqla izlədiyim Bill Healdın qarşısında bu əməliyyatı icra etmək mənim üçün böyük qürur və məsuliyyətdir.”

Bu tədbirin robotik və minimal invaziv kolorektal cərrahiyyə sahəsində yeni təcrübələrin paylaşılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı bildirilir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
 ATU tələbələrindən unikal təşəbbüs: “Dəmir Yumruq” elmin və anatomiyanın dili ilə   
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Alimlər Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar  
ATU Həmkarlar İttifaqı Komitəsinin hesabat konfransı: “Təbib” İdman-Sağlamlıq Düşərgəsinin 10 illik inkişaf yolu və gələcək hədəfləri
Dəri altında yaranan şişlik dermoid kista ola bilər