Cari ilin iyun ayında Bonn School təlimləri təşkil ediləcək
05.06.2026 14:50
Almaniyanın Bonn şəhərində yerləşən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Ətraf Mühit və Sağlamlıq Mərkəzi, Böyük Britaniyanın Exeter Universitetində fəaliyyət göstərən Təbii Mühit və Sağlamlıq üzrə ÜST Əməkdaşlıq Mərkəzi ilə birgə 2026-cı ilin iyun ayında Bonn School təlimlər silsiləsini təşkil edəcək.
 
Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.
 
Üç həftə ərzində keçiriləcək bu təlimlər çərçivəsində təbiət, biomüxtəliflik, sağlamlıq və rifah sahələrində ən son elmi biliklər və təcrübələr iştirakçılarla paylaşılacaqdır. Təlimlər beynəlxalq səviyyəli ekspertlər tərəfindən ingilis dilində aparılacaq.
 
Sessiyalar aşağıdakı tarixlərdə (14:00–15:30, Bakı vaxtı) keçiriləcək:
9 iyun – Təbiət və sağlamlıq üzrə siyasət çərçivələri
10 iyun – Təbiət və sağlamlıq üzrə əsas anlayışlar və yanaşmalar
15 iyun – Təbiətə əsaslanan həllər və sağlamlıq
16 iyun – Biomüxtəliflik və insan sağlamlığı
17 iyun – Təbiətin sağlamlığa təsir mexanizmləri və faydaları
23 iyun – Davranış yanaşmaları və vətəndaş iştirakçılığı
24 iyun – Təbiətin qiymətləndirilməsi
 
Qeyd edək ki, tədbir 2026-cı il BMT Biomüxtəliflik Konfransı (CBD COP17) öncəsi aktual mövzuları əhatə edir və bu sahədə fəaliyyət göstərən mütəxəssislər, tədqiqatçılar və qərarvericilər üçün faydalı olacaq.
 
Tədbirdə iştirak etmək istəyən əməkdaşların aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur:
 
Qeydiyyat tamamlandıqdan sonra qeydiyyatın təsdiqini əks etdirən məktubun və ya ekran görüntüsünün international@amu.edu.az elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
İştirak etmək istəyən əməkdaşlardan **6 iyun 2026-cı il tarixinədək** qeydiyyatdan keçərək bu barədə Beynəlxalq Əlaqələr Şöbəsinə məlumat vermələri rica olunur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır