Laparoskopiyada yeni era - 3D model əsaslı proqram hazırlanır
29.05.2026 09:53

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində artırılmış reallıq texnologiyalarından istifadə etməklə laparoskopik əməliyyatların planlaşdırılması üçün ilk yerli proqram təminatı hazırlanır.

 

Aztibb.az "İzvestiya" nəşrinə istinadən yazır ki, İnsan Urologiyası və Reproduktiv Sağlamlıq İnstitutunda yaradılan proqram, xüsusilə böyrək əməliyyatları üçün nəzərdə tutulub. Böyrək hərəkətli orqan olduğundan, onun mövqeyi pasiyentin bədən vəziyyətindən asılı olaraq dəyişə bilir.

 

Proqram təminatının əsasını kompüter tomoqrafiyası (KT) məlumatları təşkil edir. Sistem KT görüntülərini əməliyyat masasında uzanan pasiyentin real vəziyyəti ilə müqayisə edir, hesablamalar aparır və böyrəyin tomoqrafik təsviri ilə faktiki yerləşməsi arasındakı fərqi minimuma endirməyə kömək edir. Nəticədə cərrah laparoskopik müdaxilə zamanı monitorda pasiyentin anatomiyasının fərdiləşdirilmiş 3D modelini görə biləcək. Gələcəkdə isə proqram cərrahi alətlərin – troakarların daxil edilməsi üçün optimal nöqtələri də “işarələyəcək”.

 

Layihənin rəhbəri, Seçenov Universitetinin İnsan Urologiyası və Reproduktiv Sağlamlıq İnstitutunun uroloqu Dmitri Konovalov bildirib ki, hazırda sistemin səhv payını hesablamaq, bu fərqləri nəzərə almaq və minimuma endirmək imkanları üzərində iş aparılır. Onun sözlərinə görə, bu funksiyalar “proqnozlaşdırıcı modul”un əsas vəzifələridir. Həkim əlavə edib ki, hər bir pasiyent üçün ayrıca anatomik 3D model qurulacaq və cərrah əməliyyat zamanı bunu monitorda izləyə biləcək. Zamanla proqram troakarların yerləşdirilməsi üçün ən uyğun giriş nöqtələrini də göstərəcək ki, bu da əməliyyat aparan mütəxəssis üçün əlavə rahatlıq yaradacaq.

 

Tərtibatçılar qeyd edirlər ki, yeni həll KT məlumatları ilə real anatomiya arasındakı uyğunsuzluq səbəbindən damarların, sidik axarlarının və digər strukturların zədələnməsi riskini azaltmağa xidmət edir. Bu isə həm tibbi səhvlərin, həm də əməliyyatdan sonrakı ağırlaşmaların sayının azalmasına imkan verə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır