Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu doktoranturaya sənəd qəbulu elan edir
26.05.2026 10:30

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 14 may tarixli 320s nömrəli Sərəncamına əsasən Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu fəlsəfə doktoru proqramı hazırlığı üzrə doktoranturaya sənəd qəbulu elan edir.

 
Nazirlikdən Aztibb.az-a bildirilib ki, qəbul “Daxili xəstəliklər” (3205.01.)-1.0 yer, “Sinir xəstəlikləri” (3223.01.)-1.0 yer,  “Bərpa təbabəti, idman təbabəti, müalicəvi bədən tərbiyəsi, kurortologiya və fizioterapiya” (3245.01.)-1.0 yer üzrədir (qiyabi, büdcə hesabına əsaslarla).

 

Qəbul üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
• Ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərliyin adına)
• Kadrların şəxsi - qeydiyyat vərəqi
• Tərcümeyi – hal
• 2 ədəd foto şəkil (3x4 sm)
• İş yerindən xasiyyətnamə
• İş stajı olanlar üçün əmək kitabcasından çıxarış
• Çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat
• Ali təhsil müəssisəni bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş sürəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə)
• Şəxsiyyəti təsdiq edən sənədin sürəti
• Elmi rəhbərin razılıq ərizəsi;
• Xarici dil bilikləri üzrə beynəlxalq sertifikatın surəti (IELTS, TOEFL, TestDaf, DELF, DALF, STANAG, Cambridge English Qualifications)– olduğu halda.

 

Qeyd edək ki, xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına malik olan şəxslər xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyini Dövlət İmtahan Mərkəzi müəyyən edir.

Sənədlər 09 iyun 2026-cı il, saat 16:00-dək göstərilən ünvana təqdim edilməlidir.

Ünvan: Bakı şəhəri, Ş.İ.Xətai prospekti 9,
Əlaqə nömrəsi : 0102340416,
E-poçt ünvanı: ettbi@esehiyye.az.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Təcili tibbi yardım briqadaları doğuş proseslərini uğurla icra edib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Mərkəzi Gömrük Hospitalının travmatoloqu AZTV-yə müsahibə verib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
İmişli Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib