Çin ilk dəfə kosmosda insan kök hüceyrələrindən yaradılmış süni embrionlarla eksperiment aparıb
19.05.2026 08:15

Bioloji nümunələr “Tyançjou-10” missiyası çərçivəsində Çin orbital stansiyasına göndərilib və hazırda eksperimental modulda saxlanılır. Alimlərin məlumatına görə, təcrübə uğurla davam edir.

 

Aztibb.az “Xinhua” agentliyinin məlumatına istinadən yazır ki, tədqiqatın məqsədi mikroqravitasiyanın insan embrionlarının erkən inkişaf mərhələlərinə təsirini öyrənməkdir. Mütəxəssislərin fikrincə, bu eksperiment insanın kosmosda uzunmüddətli yaşaması və çoxalması ilə bağlı mühüm suallara cavab tapmağa kömək edə bilər.

 

Layihənin rəhbəri Yu Leçyan bildirib ki, orbitdə yerləşən nümunələrin inkişafını Yer üzündə müşahidə olunan analoji strukturlarla müqayisə etməklə embrionların ilkin inkişaf mərhələlərinə təsir edən amilləri müəyyənləşdirmək və insanın kosmosda uzun müddət qalması ilə bağlı problemləri araşdırmaq mümkün olacaq.

 

O vurğulayıb ki, süni embrionlar tam formalaşmış insan orqanizminə çevrilmək qabiliyyətinə malik deyil və yalnız elmi tədqiqat məqsədilə model kimi istifadə olunur. Beş il davam edəcək eksperiment başa çatdıqdan sonra nümunələr gələcək müqayisəli analizlər üçün kriokonservasiya ediləcək.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır