Həkimlərdən daha dəqiq işləyən süni intellekt sistemi
08.07.2025 09:59

"Microsoft" şirkətinin mütəxəssisləri  həkimlərdən 4 dəfə daha dəqiq nəticə verən yeni süni intellekt sistemini hazırlayıblar. 

 

Aztibb.az-ın time.com-a istinadla xəbərinə görə, "MAI Diagnostic Orchestrator" (qısa adı: MAI-DxO) adlanan sistem tibbi diaqnostikada inqilabi dəyişiklik vəd edir.

 

Yeni sistem "OpenAI", "Google", "Meta" və digər şirkətlərin modellərini birləşdirərək "birlikdə qərar" mexanizmi ilə işləyir. 304 mürəkkəb tibbi hal üzərində aparılan testlərdə sistemin diaqnostik dəqiqliyi 80 faizə çatıb. Eyni hallarda həkimlərin nəticələri 20 faiz səviyyəsində olub. MAI-DxO yalnız təsvirə əsaslanan sahələrdə deyil, ümumi tibbi diaqnostikada da istifadə edilə bilər. Lakin mütəxəssislər sistemin klinik şəraitdə geniş sınaqlardan keçirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, "Microsoft" texnologiyanı hələlik bazara çıxarmayıb, lakin gələcəkdə bu sistemin sağlamlıq məsləhətləri və peşəkar tibbi alətlərdə istifadəsi planlaşdırılır.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Diabet və böyrəklər: səssiz təhlükə
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
Oromandibulyar distoniya nədir?
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
 ATU nümayəndəsi Afinada keçirilən beynəlxalq pediatriya konqresində elmi təqdimatla çıxış edib   
Gəncədə