Uroloji risklər və multidissiplinar klinik yanaşmalara həsr olunan elmi seminar keçiriləcək
20.05.2026 16:06
22 may 2026-cı il tarixində saat 15.00-da Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında həkim və rezidentlər üçün növbəti elmi maarifləndirici seminar keçiriləcək.
 
Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından məluat verilib.
 
Bildirilib ki, seminarda Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin rəisi, uzman uroloq-androloq Bəhruz Xalıqov “Gestasiya dövründə uroloji patologiyalara multidissiplinar yanaşma” mövzusunda və Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin 5-ci kurs həkim-rezidenti Güllüxanım Rəhimova “Klinik hal” mövzusunda təqdimatlarla çıxış edəcəklər.
 
Tibb sahəsində multidissiplinar yanaşmaların və klinik təcrübələrin paylaşılması məqsədilə təşkil olunan seminar iştirakçılar üçün nəzəri biliklərin artırılması və praktik yanaşmaların müzakirəsi baxımından əhəmiyyətli platforma olacaq. Tədbirdə uroloji patologiyaların gestasiya dövründə idarə olunması, klinik halların təhlili və müasir tibbi yanaşmalar barədə ətraflı məlumat təqdim ediləcək, iştirakçılar ekspertlərlə fikir mübadiləsi aparmaq imkanı əldə edəcəklər.
 
Seminar bütün ixtisaslı həkim və rezidentlər üçün nəzərdə tutulmuşdur.
 
Seminarda iştirak ödənişsizdir və qeydiyyatdan keçmək mütləqdir!
 
Seminarda iştirak üçün (051) 232 66 64 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub