“Sepsisə multidisiplinar yanaşma” mövzusunda elmi konfrans keçiriləcək
23.05.2026 14:07
25 may 2026-cı il tarixində Azərbaycan Tibb Universitetinin I Müalicə Profilaktika Fakültəsinin təşkilatçılığı və AzerMDS Həkimlər və Təbib Tələbələr İctimai Birliyinin dəstəyi ilə “Sepsisə multidisiplinar yanaşma” mövzusunda elmi konfrans keçiriləcək.
 
Universitetdən Aztibb.az-a verilən xəbərə görə, konfrans çərçivəsində sepsis və septik şok mövzusu histologiya, patofiziologiya, mikrobiologiya, intensiv terapiya, təcili tibbi yardım, farmakologiya, pediatriya və cərrahi yanaşma aspektlərindən sahə üzrə ixtisaslaşmış müəllim və həkimlər tərəfindən multidisiplinar şəkildə müzakirə olunacaq.
 
Tibb elminin müxtəlif sahələrini birləşdirən bu konfrans sepsisə kompleks yanaşmanın əhəmiyyətini ön plana çıxarmağı hədəfləyir.
 
Qeydiyyat: 09:00-10:00
 
Məkan: Tədris Cərrahiyyə Klinikası, 1-ci mərtəbə, konfrans zalı
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır