“Təcili allerqologiya və kəskin toksiko-allergik vəziyyətlər: diaqnostika və müalicəyə müasir yanaşmalar” adlı simpozium keçiriləcək
13.05.2026 11:12

15 may 2026-cı il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin, Mərkəzi Gömrük Hospitalının Elmi-Təcrübi və Tədris Mərkəzinin, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Toksikoloqlarının Dərnəyinin və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Təcili allerqologiya və kəskin toksiko-allergik vəziyyətlər: diaqnostika və müalicəyə müasir yanaşmalar” mövzusunda elmi-praktiki simpozium keçiriləcək.


Hospitaldan Aztibb.az-a bildirilib ki, simpoziumun əsas məqsədi təcili allerqoloji hallar, anafilaktoid reaksiyalar, toksiko-allergik vəziyyətlərin diaqnostikası və müasir müalicə prinsipləri ilə bağlı həkimlərin bilik və praktiki bacarıqlarının artırılması, həmçinin bu sahədə elmi və klinik təcrübə mübadiləsinin təşviq edilməsidir.


Tədbir çərçivəsində Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqu Xəyal Məmmədov “Kontrast maddələrin verilməsi zamanı anafilaktoid reaksiyalar” mövzusunda məruzə ilə çıxış edəcək. Məruzədə kontrast maddələrin tətbiqi zamanı yarana biləcək ağır allergik reaksiyalar, risk faktorları, erkən diaqnostika üsulları və təcili tibbi müdaxilə prinsipləri barədə ətraflı məlumat veriləcək.


Mərkəzi Gömrük Hospitalının akt zalında həyata keçirilməsi planlaşdırılan Elmi Simpoziumda “Ağır allergik və toksiko-allergik sindromlar: diaqnostika, klinika və müalicə alqoritmi” və “Allergik və toksiko-allergik vəziyyətlər: xüsusi hallar və onların terapevtik strategiyaları” başlıqlı 2 paneldə ümumilikdə 9 məruzə dinləniləcək. Simpozium panel müzakirələr və sual-cavab sesiyaları vasitəsilə interaktiv şəklində həyata keçiriləcək.


Simpozium proqrama uyğun olaraq xüsusilə allerqoloqlar, toksikoloqlar, anestezioloq-reanimatoloqlar, terapevtlər, pediatrlar və təcili tibbi yardım həkimləri üçün nəzərdə tutulmuşdur.
Simpoziumun Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya edilərək 4 DTT balı ilə qiymətləndirilmişdir.


Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək mütəqdir!


Simpoziumda iştirak ödənişsizdir. Yalnız region tibb işçiləri simpoziuma onlayn şəkildə qoşula bilərlər.


Hərkəs simpoziumda iştirak üçün dəvətlidir!


Qeydiyyat linki: https://forms.gle/8NdBeH7eTSmrMa2Y9 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub