Mərkəzi Gömrük Hospitalında təcili allerqologiyaya dair elmi-praktiki simpozium keçiriləcək
11.05.2026 09:05

15 may 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin, Mərkəzi Gömrük Hospitalının Elmi-Təcrübi və Tədris Mərkəzinin, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Toksikoloqlarının Dərnəyinin və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Təcili allerqologiya və kəskin toksiko-allergik vəziyyətlər: diaqnostika və müalicəyə müasir yanaşmalar” mövzusunda elmi-praktiki simpozium keçiriləcək.

 

Hospitaldan Aztibb.az-a verilən xəbərə görə, simpozium çərçivəsində Milli Onkologiya Mərkəzinin Reanimasiya şöbəsinin müdiri Nərminə Əzizova “Anafilaksiya zamanı təcili tibbi yardımın göstərilməsinin müasir alqoritmləri” mövzusunda məruzə ilə çıxış edəcək.

 

Məruzədə anafilaksiyanın erkən tanınması, həyati təhlükə yaradan ağırlaşmaların qarşısının alınması, təcili tibbi yardımın mərhələli təşkili və beynəlxalq protokollara əsaslanan müasir müdaxilə alqoritmləri haqqında ətraflı məlumat təqdim olunacaq. Təqdimat zamanı klinik praktikada rast gəlinən çətin hallar və intensiv terapiya yanaşmaları da müzakirə ediləcək.

 

Mərkəzi Gömrük Hospitalının akt zalında həyata keçirilməsi planlaşdırılan Elmi Simpoziumda “Ağır allergik və toksiko-allergik sindromlar: diaqnostika, klinika və müalicə alqoritmi” və “Allergik və toksiko-allergik vəziyyətlər: xüsusi hallar və onların terapevtik strategiyaları” başlıqlı 2 paneldə ümumilikdə 9 məruzə dinləniləcək. Simpozium panel müzakirələr və sual-cavab sesiyaları vasitəsilə interaktiv şəklində həyata keçiriləcək.

 

Simpozium proqrama uyğun olaraq xüsusilə allerqoloqlar, toksikoloqlar, anestezioloq-reanimatoloqlar, terapevtlər, pediatrlar və təcili tibbi yardım həkimləri üçün nəzərdə tutulmuşdur.

 

Simpoziumun Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya edilərək 4 DTT balı ilə qiymətləndirilmişdir.

 

Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək mütləqdir!

 

Simpoziumda iştirak ödənişsizdir. Yalnız region tibb işçiləri simpoziuma onlayn şəkildə qoşula bilərlər.

 

Qeydiyyat linki: https://forms.gle/8NdBeH7eTSmrMa2Y9 

ÇOX OXUNANLAR
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
 Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub   
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşkilatçılığı ilə şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib
Şəhid anasının dalağında aşkarlanan çoxsaylı kistalarla əlaqədar laparoskopik üsulla cərrahi əməliyyat icra olunub
Yeni Klinikanın elmi tədqiqatı Dünya Neyroreabilitasiya Konqresində təqdim olunub
Səhiyyə Nazirliyinin dəstəyi ilə Tərtər və Suqovuşanda kardioloji AKSİYA
                  Qızıl birləşmələrini metal qızıla çevirən bakteriya aşkar edilib                        
Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub  
İlon Mask: Görmə qabiliyyətini bərpa etməyə yönəlmiş beyin implantı sınaqlara hazırdır
Bağırsağın quruluşundan ilhamlanan bakterial bioelement hazırlandı
Diabet və piylənmənin dərmansız müalicəsi istiqamətində yeni texnologiya - Qanda şəkəri və bədən çəkisini tənzimləyən elektron cihaz
Xankəndi şəhərinin təcili tibbi yardım əməkdaşları stasionardan kənar doğuşu uğurla həyata keçiriblər  
Səhiyyə naziri Anar Bayramov 3-cü Beynəlxalq Sağlamlıq Turizmi Konfransında iştirak edib