ATU-da Fundamental Elmi Araşdırmaları üzrə Yerli Etik Komitənin ilk iclası keçirilib
22.04.2026 12:33

Azərbaycan Tibb Universitetinin (ATU) Fundamental Elmi Araşdırmaları üzrə Yerli Etik Komitəsinin ilk iclası keçirilib.

   

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Bildirilib ki, professor Ramiz Axundovun sədrliyi ilə baş tutan iclasda komitə üzvləri və universitetin gənc tədqiqatçıları iştirak ediblər.

   

İclas zamanı gənc alimlərin müxtəlif istiqamətlər üzrə apardıqları elmi araşdırmalar təqdim olunub, işlərin aktuallığı və tətbiq olunan metodların etik normalara uyğunluğu geniş müzakirə edilib. Mütəxəssislər tərəfindən tədqiqatların keyfiyyətinin artırılması məqsədilə gənc araşdırmaçılara müvafiq tövsiyələr verilib.

 

Qeyd edək ki, komitənin əsas fəaliyyət istiqaməti universitetdə həyata keçirilən elmi-tədqiqat işlərinin etik ekspertizasını aparmaqdan ibarətdir. Bura heyvanların subyekt kimi iştirak etdiyi tədqiqatlar, təşəbbüs xarakterli layihələr, ictimai səhiyyə yönümlü proqramlar, eləcə də klinikayaqədərki və eksperimental araşdırmalar daxildir.

 

Komitə ATU daxilində aparılan elmi fəaliyyətlərin etik prinsiplərə uyğunluğunu təmin edir. Bu çərçivədə tədqiqat protokolları təhlil olunur, laboratoriya heyvanlarının təhlükəsizliyi, rifahı və hüquqlarının qorunması istiqamətində müvafiq qərarlar qəbul edilir. Tədqiqat proseslərində şəffaflığın və hesabatlılığın artırılmasına nəzarət olunur.

Eyni zamanda, Komitənin fəaliyyətində əsas prioritetlərdən biri heyvanlar üzərində aparılan tədqiqatlarda beynəlxalq səviyyədə qəbul olunmuş 3R prinsipinin tətbiqidir. Bu yanaşma elmi araşdırmaların həm humanist dəyərlərə uyğun aparılması, həm də beynəlxalq standartlara cavab verməsini təmin edir.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Diabet və böyrəklər: səssiz təhlükə
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
Oromandibulyar distoniya nədir?
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
 ATU nümayəndəsi Afinada keçirilən beynəlxalq pediatriya konqresində elmi təqdimatla çıxış edib   
Gəncədə