“Kəskin qarın hallarının idarə olunmasında komanda yanaşması: triajdan çevik müdaxiləyə” mövzusunda seminar keçiriləcək
11.07.2025 11:34

TƏBİB-in təşkilatçılığı ilə 21 iyul 2025-ci il tarixində saat 10:00–18:30 aralığında Qazax Rayon Mərkəzi Xəstəxanasında Şəmkir-Tovuz tibbi ərazi bölmələri (TƏB) üzrə fəaliyyət göstərən ailə həkimləri, cərrahlar, terapevtlər və təcili yardım tibb bacıları üçün “Kəskin qarın hallarının idarə olunmasında komanda yanaşması: triajdan çevik müdaxiləyə” mövzusunda seminar keçiriləcək.

 

Aztibb.az bu barədə TƏBİB-ə istinadla xəbər verir.

 

“Qlobal cərrahiyyə 2030” proqramının rəhbəri və TƏBİB-in İcraçı direktorunun müşaviri Vüqar Yaqublunun iştirakı ilə baş tutacaq seminarın məqsədi müxtəlif ixtisas sahibləri arasında multidisiplinar əməkdaşlığı gücləndirmək, “kəskin qarın” hallarının vaxtında və düzgün diaqnostikasını, optimal yönləndirilməsini və uyğun tibbi müdaxilələrin həyata keçirilməsini təmin edən vahid idarəetmə sisteminin formalaşdırılmasıdır.

 

Eyni zamanda, bu tədbir tibb işçilərinin davamlı tibbi təhsilini dəstəkləməklə onların elmi və peşəkar inkişafına töhfə verəcək.

 

Qeyd edək ki, tədbirin Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiyası planlaşdırılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub