Şəmkir RMX-da “Kardioloji təcili hallar: klinik standartlar və alqoritmlər” adlı seminar keçiriləcək  
30.06.2025 16:15
TƏBİB və Azərbaycan Təcili Yardım Akademiyasının əməkdaşlığı çərçivəsində 19 iyul 2025-ci il tarixində Şəmkir Rayon Mərkəzi Xəstəxanasında “Kardioloji təcili hallar: klinik standartlar və alqoritmlər” adlı seminar keçiriləcək.
 
Aztibb.az TƏBİB-ə istinadla bildirir ki, tədbirin məqsədi təcili kardioloji vəziyyətlərin idarə olunmasında vahid klinik yanaşmanın formalaşdırılması və müasir müalicə alqoritmlərinin tibbi personal arasında yayılmasından ibarətdir.
 
Tədbir çərçivəsində tibb mütəxəssislərinin miokard infarktı, aritmiya, ürək çatışmazlığı və digər təcili hallarda beynəlxalq və yerli klinik protokollara əsaslanaraq düzgün qərarlar qəbul etməsinə dəstək verilməsi, müxtəlif ixtisaslı mütəxəssislər – kardioloq, reanimatoloq, təcili yardım həkimləri və terapevtlər arasında effektiv əməkdaşlığın təşviqi, real klinik situasiyalar üzərində simulyasiyalar, müzakirələr və təhlillərlə peşəkar bacarıqların artırılması nəzərdə tutulur. Eyni zamanda, tədbir tibb işçilərinin davamlı tibbi təhsilini dəstəkləyərək onların elmi və peşəkar inkişafına töhfə verəcək.
 
Qeyd edək ki, tədbirin Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiyası planlaşdırılır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub