ATU-nun Hərbi tibb fakültəsinin əməkdaşları Serbiyada faydalı görüşlər keçirib  
01.07.2025 08:38

Azərbaycan Tibb Universiteti Hərbi tibb fakültəsinin əməkdaşları – dekan, tibb xidməti polkovniki Məharət Rzayev, tibb xidməti polkovnik-leytenantı Saleh Əhmədov və mayor Cavid Ruhullayev Serbiya Respublikasında ezamiyyətdə olublar. 

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, Belqrad Hərbi Tibb Akademiyası ilə tanışlıq məqsədi daşıyan səfər çərçivəsində onlar şəhərin Taşmaydan parkında Ulu Öndər Heydər Əliyevin abidəsi, sonra isə Serbiya şairi və yazıçısı Milorad Paviçin heykəlini ziyarət ediblər. 

 

Xidməti ezamiyyət zamanı Belqradda hərbi tibbi təhsil üzrə mütəxəssislərlə işçi görüş keçirilib. Görüşdə Serbiyanın Hərbi Tibb İdarə rəisi, tibb xidməti general-mayoru, professor Dragan Dincicin rəhbərlik etdiyi heyət və Belqrad Müdafiə Universitetinin rektorunun beynəlxalq hərbi və universitetlərarası əməkdaşlıq üzrə müavini, polkovnik Srdyan Lyuboyeviç iştirak ediblər. 

 

Professor D.Dincic Azərbaycan və Serbiya arasında hərbi tibbi təhsil sahəsində əməkdaşlığın artan xətlə davam etdiyini bildirərək, bu əlaqələrin qarşılıqlı təcrübə mübadiləsində də əks olunduğunu vurğulayıb. 

 

Səfər zamanı Hərbi tibb fakültəsinin əməkdaşları Serbiya Tibb Akademiyası və Hərbi Tibbi Araşdırma İnstitutundakı şəraitlə yaxından tanış olub, həmçinin Belqrad Hərbi Tibb Akademiyasının Hərbi tibb fakültəsində tədris prosesini izləyiblər. Daha sonra Belqrad Hərbi Hospitalının şöbə və bölmələrindəki şəraitlə tanışlıq baş tutub. Görüşlər zamanı bu müəssisələrdə tibb xidmətinin təşkili barədə əməkdaşlarımıza ətraflı məlumat verilib. O cümlədən Hərbi Akademiyanın strukturu, tədris prosesi, eləcə də Serbiyada hərbi tibb kadrlarının tibb təhsili və hazırlığı mövzularında brifinq də keçirilib. 

 

Səfər zamanı Hərbi tibb fakültəsinin əməkdaşları Nis şəhərində yerləşən Qarnizon Hospitala da baş çəkib, hospitalın yaranma tarixi, təhsil sistemi barədə maraqlanıblar. 

 

Səfərin son günü Azərbaycanın Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasiyevlə səfirliyin binasında görüş olub. Səfir Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlıq zəminində qurulan əlaqələrin yüksək səviyyədə olduğunu, birgə hərbi əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyini bildirib.

ÇOX OXUNANLAR
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı Çində beynəlxalq seminarda iştirak edir
Mərkəzi Gömrük Hospitalının terapevti Mədəniyyət TV-nin “Səhərçağı” proqramına müsahibə verib
Xəstəxanadaxili infeksiyaların qarşısının alınması səhiyyə xidmətinin keyfiyyətinin əsas prioritetlərindən biridir
 Goranboy RMX-da könüllü qanvermə aksiyası keçirilib
Xroniki bel ağrılarında müasir fizioterapiya yanaşmaları
Ağdərə rayonu Vəngli kəndində yaşayan sakinlərin səyyar tibbi aksiyası həyata keçirilib
Mərkəzi Klinikanın əməkdaşlarına Fəxri fərmanlar təqdim olunub
Fast foodun bağırsağa təsiri
Beyləqan RMX-nın tabeliyindəki kənd həkim və kənd tibb məntəqələrinin işçiləri tərəfindən ev ziyarətləri davam etdirilir
 Yüksək riskli hamiləlik uğurla sonlandırıldı   
 Günay Əhmədova Azərbaycan Radioloqlar Cəmiyyətinin IV Tədris Konfransında məruzə ilə çıxış edib   
Travma anında nə etməli? - Səhiyyə Nazirliyinin eksperti ən çox rast gəlinən səhvlərdən danışdı