Kimya İnstitutunun əməkdaşları elm diplomatiyasına həsr olunmuş beynəlxalq onlayn tədbirdə iştirak ediblər  
23.07.2026 17:32

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun əməkdaşları İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnoloji Əməkdaşlıq üzrə Daimi Komitəsi (OIC-COMSTECH) tərəfindən təşkil olunan “Parçalanmış dünyada elm diplomatiyası: beynəlxalq dialoqun davamlılığının qorunmasında elmin və kommunikasiyanın rolu” mövzusunda beynəlxalq onlayn tədbirdə iştirak ediblər. 

 

Kimya İnstitutundan Aztibb.az-a verilən məlumata görə, tədbirin əsas məqsədi qlobal çağırışlar fonunda elmi diplomatiyanın və elmi kommunikasiyanın beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində rolunu müzakirə etmək, eləcə də müxtəlif ölkələrin elm nümayəndələri arasında təcrübə və fikir mübadiləsi üçün platforma yaratmaq olub.

 

Tədbirdə institutu Strateji inkişaf, qiymətləndirmə və monitorinq sektorunun müdiri Sevinc Həsənova, Beynəlxalq əməkdaşlıq sektorunun əməkdaşı Araz Dövlətov və elmi işçi Samirə Süleymanova təmsil ediblər.

 

Görüş zamanı elmi diplomatiyanın, elmi kommunikasiyanın beynəlxalq dialoqun möhkəmləndirilməsində rolu, eləcə də elm, təhsil və innovasiya sahələrində beynəlxalq əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Müzakirələr çərçivəsində beynəlxalq elmi tərəfdaşlıqların genişləndirilməsi, bilik və təcrübə mübadiləsinin təşviqi, həmçinin qlobal problemlərin həllində elmin rolunun artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib   
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub