Ağır dərəcəli varikoz xəstəliyindən əziyyət çəkən pasiyent üzərində minimal invaziv endovenoz lazer əməliyyatı icra olunub
24.07.2026 15:50

Tədris Cərrahiyyə Klinikasında ağır dərəcəli varikoz xəstəliyindən əziyyət çəkən pasiyent üzərində minimal invaziv endovenoz lazer əməliyyatı uğurla icra olunub.

Klinikanın ümumi cərrahı Babək Abbasəliyev Aztibb.az-a bildirib ki, uzun müddətdir sol aşağı ətrafda ağrı, şişkinlik, gecə qıcolmaları və sağalmayan trofik yara ilə müraciət edən pasiyent ətraflı müayinədən keçirilib. Doppler ultrasəs müayinəsi zamanı böyük dərialtı venada genişlənmə, venoz qapaq çatışmazlığı və uzun seqment boyunca patoloji reflüks müəyyən olunub. Klinik qiymətləndirməyə əsasən pasiyentdə CEAP təsnifatına uyğun C6 mərhələli xroniki venoz çatışmazlıq diaqnozu təsdiqlənib.

 

Mütəxəssisin sözlərinə görə, venanın genişlənmə dərəcəsi və reflüksün davametmə müddəti nəzərə alınaraq açıq cərrahi müdaxilə əvəzinə müasir endovenoz lazer ablasiyası (EVLA) üsulunun tətbiqinə qərar verilib.

 

Əməliyyat lokal tumescent anesteziya altında icra olunub. Ultrasəs nəzarəti ilə venaya lazer kateteri yerləşdirilərək reflüks yaradan damar boyunca lazer enerjisi tətbiq edilib və xəstə venanın bağlanması təmin olunub. Cərrahi müdaxilə təxminən 50–60 dəqiqə davam edib və hər hansı ağırlaşma qeydə alınmayıb.

 

Həkimin sözlərinə görə, varikoz xəstəliyi vaxtında müalicə edilmədikdə trofik xoraların yaranması, tromboflebit, dərin vena trombozu və ağciyər tromboemboliyası kimi ciddi ağırlaşmalara səbəb ola bilər.

 

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib   
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda doktoranturaya qəbul üzrə imtahan keçirilib
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub