Neonatoloq Gülşən Məmmədova: "Uşağı əmizdirməzdən əvvəl döş gilələrin yuyulmasına ehtiyac yoxdur"
15.06.2025 13:25
Dünyaya körpə gəlişi ailəyə həm sevinc, həm də həyəcan gətirir. Xüsusilə gənc analar körpələri ilə davranışda həddən artıq ehtiyatlı olmağa çalışırlar və onlarda müəyyən suallar yaranır.
 
Xətai Tibb Mərkəzinin həkim-neonatoloqu Gülşən Məmmədova Aztibb.az-ın ona ünvanladığı sualları cavablandırıb:
 
- Hansı hallarda ana südü körpəyə verilə bilməz?
 
- Körpələr ilk 6 ay ana südü ilə qidalanmalıdır. Körpəyə ana südünün verilməsində əks-göstərişlər çox azdır. Ananın QİÇS, vərəm və südlə keçən infeksion xəstəlikləri olarsa, körpəyə süni qida verilə bilər.
 
- Döşlə əmizdirməzdən əvvəl, döş gilələrini yumaq lazımdır?
 
- Döşlə əmizdirməzdən əvvəl döş gilələrin yuyulmasına ehtiyac yoxdur. Körpələr doğulduqda artıq öz analarının qoxusu və səsi ilə tanış olurlar. Döş gilələri körpənin iylədiyi bir maddə buraxır və bu maddədə körpələrin həyat üçün sağlam immunitet sistemi formalaşdırmasına kömək edən faydalı bakteriyalar mövcuddur.
 
- Övladına süd verən ana heç bir dərman qəbul etməməlidir?
 
- Ana südü ilə qidalandırdığınızı həkiminizə bildirmək və aptekdən aldığınız hər hansı dərmanların təlimatlarını oxumaq çox vacibdir. Konkret bir zamanda və ya konkret bir dozada dərman qəbul etmək və ya alternativ bir resept qəbul etmək lazım ola bilər. Siz həmçinin körpənin həkiminə də qəbul etdiyiniz dərmanlar barədə məlumat verməlisiniz.
ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Qazaxda ana və körpənin həyatı xilas edilib
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar
Küləkli hava şəraiti ilə əlaqədar iki nəfər xəsarət alıb