31.08.2026-cı il tarixində 1988-ci il təvəllüdlü 39 həftəlik hamilə güclü qanaxma vəziyyətində Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qazax RMX-dan Aztibb.az-a bildirilib ki, kəskin cift gəlişi diaqnozu təyin olunan pasiyentə zəruri ilkin tibbi xidmətlər göstərilib, pasiyent üzərində histerektomiya əməliyyatı icra edilib.
Həkim-cərrahlar Kamandar İbrahimov, İlham Mustafayev , həkim-anestezioloqlar İqbal Namazov, Qətibə Mustafayeva və həkim-ginekoloqlar Aynur Namazlı, Şəlalə Məmmədovadan ibarət briqada tərəfindən icra edilən əməliyyat uğurla başa çatıb.
02.09.2026-cı il tarixindən etibarən müalicəsi Ginekologiya və doğum şöbəsində davam etdirilib.
Müalicə prosesini uğurla başa vuran ana və körpənin vəziyyəti qənaətbəxş qiymətləndirilib və 04.09.2026-cı il tarixində ambulator müalicə üçün evə buraxılıblar.

