Dəridə səpgilər nədən xəbər verir?
07.09.2026 10:26

Zaman-zaman əl və ayaqlarda qaşınmalar, səpgilər olur. Bu hallar orqanizmdəki hansısa xəstəliyin carçısı ola bilər. Belə hallarla üzləşdikdə mütləq ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət edin!

 

Bakı Baş Səhiyyə Mərkəzinin 1 nömrəli Dəri-Zöhrəvi Dispanserinin baş həkimi Yusif Cabbarlı Aztibb.az-a bildirib ki, orqanizmdə yaranan müxtəlif xəstəliklər, həmçinin qidalanmanın düzgün olmaması dəridə səpgilərə və qaşınmalara səbəb ola bilir. Baş həkim davamlı formada allergik xarakterli sitrus meyvələrindən, alkoqollu içkilərdən, acı, istiotlu qidalardan istifadə edənləri xüsusilə diqqətli olmağa çağırır:

 

“Çünki orqanizm həmin qidanı qəbul etməyə bilər ki, bu da müxtəlif dəri xəstəliklərinə gətirib çıxarır. Həmçinin, qəbizlik, mədə-bağırsaq sistemindəki pozulmalar, bağırsaq qurdlarının qana buraxdığı toksinlər səbəbindən dəridə qaşınma və səpgilər meydana gəlir. Son dövrlər geniş yayılmış problemlərdən biri də göbələk xəstəlikləridir ki, bunlar əsasən, dırnaqların və barmaqların arasında müşahidə edilir. Bu xəstəliklər insan bədənində səpgi və qaşıntılara, daha sonra orqanizmdə ciddi fəsadlara gətirib çıxara bilər”.

 

Onun sözlərinə görə, dəridə yaranan səpgi və qaşınmalar təkcə orqanizmdə gedən hansısa xəstəliklər fonunda deyil, eyni zamanda xarici qıcıqlandırıcı faktorlar səbəbindən də əmələ gələ bilər:

“Orqanizm daxilində yaranan xəstəliklər, peşə yönümlü problemlər, qidalanmanın düzgün olmaması və s səbəblərdən dəridə səpgilərə və qaşınmalara rast gəlinir. Məsələn, avtomobil ustaları hansısa kimyəvi, təmizləyici maddələrlə, tikinti sahəsində çalışan ustalar sement və digər qarışıqlarla işləyərkən dəridə müxtəlif formada mənfi təsirlər formalaşır. Bununla yanaşı, mütəmadi olaraq manikür-pedikür edən qadınlar davamlı formada qoruyucu əlcək, aseton kimi xüsusi kimyəvi maddələrdən, eyni zamanda yuyucu vasitələrdən istifadə etdikdə diqqətli olmalıdır. Çünki bu, onlarda müxtəlif dəri xəstəliklərinə səbəb olur”, - deyə baş həkim əlavə edib.

 

Yusif Cabbarlı bildirib ki, əl və ayaqlarda olan səpgilərin irsi xarakter də daşıdığını deyən baş həkim, həmçinin qeyd edib ki, mütəmadi olaraq rast gəlinən bu hallar son dövrlərdə artıb:

“Bununla yanaşı, ekzema kimi dəri xəstəlikləri var ki, bunlar müxtəlif simptomlarla müşahidə edilir. Bu isə həm daxildə gedən hansısa xəstəliklər fonunda, həm də xarici qıcıqlandırıcı faktorlar səbəbindən yarana bilər. Lakin hər bir xəstəlikdə olduğu kimi səpgi və qaşınmaların da müalicəsi mümkündür. Müalicə prosesinə başlamazdan əvvəl həmin şəxsdən bunun səbəbləri dəqiq öyrənilməli, lazım gələrsə, aidiyyəti analizlər verilməli, həmçinin sıyrıntılar və yaxmalar götürülərək araşdırılmalıdır. Daha sonra etioloji müalicə aparılmalıdır”.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə