ATU kafedralar üzrə müsabiqə elan edir
22.05.2025 10:34

ATU kafedralar üzrə aşağıdakı yerləri tutmaq üçün müsabiqə elan edir:

 

Kafedraların dosentləri:

 

-

II Cərrahi xəstəliklər kafedrası

- 1 yer

-

Ortopedik stomatologiya kafedrası

- 1 yer (0,5 vahid)

-

Onkologiya kafedrası

- 1 yer (0,5 vahid)

 

Kafedraların assistentləri:

 

-

I Mamalıq və ginekologiya kafedrası

- 1 yer (0,75 vahid)

-

Ortopedik stomatologiya kafedrası

- 1 yer (0,5 vahid)

-

Ortopedik stomatologiya kafedrası

- 1 yer (0,75 vahid)

-

I Uşaq xəstəlikləri kafedrası

- 1 yer (0,5 vahid)

 

Kafedraların baş müəllimləri:

 

-

Tibb və sağlamlıq elmləri təhsili kafedrası

- 3 yer

 

 

Müsabiqədə iştirak etmək üçün sənədlərin təqdim olunma müddəti elan qəzetdə dərc olunduğu gündən 30 gün keçənədəkdir. Sənədlər rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir:

 

AZ 1007, Bakı şəhəri, Ənvər Qasımzadə küçəsi,14

Əlaqə nömrəsi: 597-10-08              

 

Müsabiqədə iştirak etmək istəyənlərin nəzərinə!

 

Kafedralar üzrə vakant yerləri tutmaq üçün müsabiqədə iştirak edənlər Elmi katibliyə aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

  1. Rektorun adına ərizə.
  2. Kadrlar uçotunun şəxsi vərəqi.
  3. Kafedradan verilmiş xasiyyətnamə. Xasiyyətnaməni kafedranın müdiri və həmkarlar təşkilatının sədri imzalamalıdır. Xasiyyətnamənin müsbət və ya mənfi olması, o cümlədən bu şəxsin yeni müddətə kafedrada çalışıb və ya çalışmaması əsaslandırılmalıdır.
  4. Tərcümeyi-hal. Burada şəkil, ad, soyad, bitirdiyi məktəblər, elmi ad və dərəcələr, bildiyi dillər, bildiyi kompüter proqramları, çap olunmuş işlərin sayı, işlədiyi yerlər, hazırkı vəzifədə neçə il çalışması, niyə bu vəzifədə yenidən seçilmək istəməsi, olduğu ixtisasartırma kursları, ailə vəziyyəti barədə ətraflı məlumat, yaşadığı ünvan, elektron poçt ünvanı və telefonu göstərilməlidir.
  5. ATU-nun Klinikalarında çalışanlar üçün son beş ilin həkimlik fəaliyyəti barədə klinikadan verilmiş arayış. Arayış klinikanın direktoru və həmkarlar təşkilatının sədri tərəfindən imzalanmalıdır.
  6. Son beş il ərzində çap olunan elmi işlərin siyahısı. Siyahı müəllif və kafedra müdiri tərəfindən imzalanmalıdır.
  7. Açıq mühazirənin və ya açıq təcrübi dərsin videoçəkilişinin diski (əgər bal-reytinq cədvəli üzrə qiymətləndirilmə zamanı təqdim edilməyibsə).
  8. Şəxsiyyət vəsiqəsinin surəti.
  9. Müvafiq elmi dərəcə diplomları və elmi ad attestatlarının surəti.
  10. “Pedaqoji peşəkarlığın inkişafı” mövzusunda təlimlərdə iştirakı barədə sertifikatın surəti.

 

Qeyd: ATU-nun əməkdaşı olmayan mütəxəssislər siyahıdakı 3-cü, 5-ci və 7-ci bənddəki sənədlərin əvəzinə, sonuncu iş yerindən verilən xasiyyətnamə, işlədiyi klinikadan həkimlik fəaliyyəti barədə arayış və əmək kitabçasından çıxarışı təqdim etməlidir.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub