Oğuzun Muxas kəndinin sakinləri tibbi müayinələrə cəlb edilib 
15.05.2025 17:39

TƏBİB ahıl və həssas qruplara daxil olan şəxslərin, uşaq, hamilə və zahı qadınların yerində müşahidəsini aparmaq, tibbi xidmətlərə əlçatanlığı təmin etmək, o cümlədən icbari tibbi sığortanın yaratdığı imkanlar çərçivəsində təqdim olunan xidmətlərlə bağlı maarifləndirmə işinin gücləndirilməsinə dəstək məqsədilə kənd yerlərində tibbi müayinə tədbirlərini davam etdirir.

 

Oğuz Rayon Mərkəzi Xəstəxanasının həkim və tibb işçilərindən ibarət səyyar briqada tərəfindən rayonun Muxas kənd sakinlərinin tibbi müayinəsi həyata keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, müayinələrə 50-si uşaq, 15 nəfəri isə 18 yaşdan yuxarı şəxslər olmaqla, ümumilikdə 65 nəfər cəlb edilib. Sakinlərə ümumilikdə icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 100-dən çox tibbi xidmət göstərilib.

 

Müayinələr Oğuz Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən və əsaslı təmir olunmuş Muxas Kənd Həkim Məntəqəsində icra edilib.

 

Tibbi müayinələr zamanı müxtəlif ixtisaslı həkimlər tərəfindən vətəndaşlara terapevtik, pediatrik, kardioloji, nevroloji, oftalmoloji xidmətlər göstərilib, həmçinin kənd sakinlərinin ultrasəs müayinəsi (USM) həyata keçirilib.

 

Müayinələr zamanı xəstəlik aşkarlanan sakinlər ixtisaslı tibb müəssisələrinə yönləndirilib.

Bununla yanaşı, müayinələrə cəlb edilən vətəndaşlarla müxtəlif xəstəliklər və tibbi problemlər barədə maarifləndirici profilaktik söhbətlər aparılıb.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub  
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər