Biofizika İnstitutunun direktoru “Sabahın Alimləri” müsabiqəsində qızıl medal qazanan şagirdlərlə görüşüb
12.05.2025 11:56

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda “Sabahın Alimləri” respublika müsabiqəsində qızıl medal qazanan şagirdlərlə görüş keçirilib.

 

Bu məlumat Aztibb.az-a İnstitutdan verilib.

 

Bildirilib ki, görüşdə Biofizika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Oktay Qasımov, institutun bir sıra əməkdaşları, eləcə də Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov, qalib gələn X sinif şagirdləri - Leyla Əlizadə və Gülay Quluzadə iştirak ediblər.

 

Tədbiri açan professor Oktay Qasımov qonaqları salamlayaraq bildirib ki, bu cür uğurlar Azərbaycan elminin gələcəyi baxımından olduqca sevindiricidir. Milli Qəhrəman Mübariz İbrahimov adına kompleksin adından çıxış edərək birincilik qazanmanız böyük məsuliyyət və eyni zamanda qürurverici haldır. Alim vurğulayıb ki, əsas məsələ daim irəliləmək, elmə marağı artırmaq və istiqaməti düzgün seçməkdir.

 

Tədbirdə çıxış edən “Fiziki-kimyəvi stress faktorlarının biofizikası” laboratoriyasının müdiri, b.ü.f.d., dosent Sevinc Cəfərova və t.ü.f.d. Azad Əbdürahimov şagirdləri təbrik edərək öz ürək sözlərini bölüşüblər.

 

Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov çıxış edərək institutun alimlərinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.

 

Qeyd edək ki, “Sabahın Alimləri” Respublika Müsabiqəsində qızıl medal qazanan iki komanda ABŞ-da keçiriləcək “Regeneron ISEF” (International Science and Engineering Fair) beynəlxalq müsabiqəsinə vəsiqə qazanıb. Həmin komandaların tərkibində Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Təhsil Kompleksinin X sinif şagirdləri Əlizadə Leyla və Quluzadə Gülay da yer alır. Onlar Biofizika İnstitutunun “Fiziki-kimyəvi stress faktorlarının biofizikası” laboratoriyasında b.ü.f.d., dos. Sevinc Cəfərovanın rəhbərliyi ilə “İnsulin rezistentliyi fonunda Metformin, Sulfonil sidik cövhəri və Galega Officinalisin eritrositlərdə baş verən oksidativ proseslərin inkişafına təsirinin tədqiqi” mövzusunda layihə hazırlamış və Tibb və sağlamlıq nominasiyası üzrə I yerə layiq görülərək qızıl medalla təltif olunmuşlar.

 

Sonda Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımova və “Fiziki-kimyəvi stress faktorlarının biofizikası” laboratoriyasının müdiri, b.ü.f.d., dos. Sevinc Cəfərovaya dərin təşəkkürünü bildirərək onlara rəsmi təşəkkürnamə təqdim edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır