Alimlər ağrı sindromunun diaqnostikası üçün süni intellektə əsaslanan innovativ texnologiya hazırlayıblar
07.05.2025 12:58

 

McGill Universitetinin tədqiqatçıları İsrail və İrlandiyadakı həmkarları ilə əməkdaşlıq çərçivəsində kompleks regional ağrı sindromunun (CRPS) diaqnostikası üçün süni intellektə əsaslanan innovativ texnologiya hazırlayıblar.

 

Aztibb.az bioengineer.org-a istinadla xəbər verir ki, texnologiya bağırsaq mikrobiomundakı nümunələri analiz edərək CRPS-in mövcudluğunu yüksək dəqiqliklə proqnozlaşdırmaq qabiliyyətinə malikdir. Bu üsul xroniki ağrıların diaqnostika və müalicəsində yeni bir dövrün başlanğıcını xəbər verə bilər. CRPS dünya üzrə 400 min ilə 2,1 milyon insana təsir edir və çox zaman travma və ya cərrahi müdaxilədən sonra yaranır. Bu sindrom şiddətli və davamlı ağrılar, şişginlik, dəri rəngində və temperaturunda dəyişikliklərlə xarakterizə olunur və tez-tez uzunmüddətli əlilliyə səbəb olur.

 

Tədqiqat “Anesthesiology” jurnalında dərc olunub və İsrailin Hayfa şəhərindəki Rambam Sağlamlıq Kampusunda yerləşən Ağrı Müalicəsi İnstitutunun direktoru və Technion–İsrail Texnologiya İnstitutunun baş müəllimi Yoram Şir və McGill Tibb Fakültəsinin professoru Emmanuel Qonzalez tərəfindən idarə olunub.

 

Tədqiqat çərçivəsində İsrail və Kanadadan olan iki fərqli pasiyent qrupundan toplanmış bağırsaq mikrobiomu nümunələri süni intellektə əsaslanan maşın texnikaları ilə təhlil olunub. Bu analiz nəticəsində CRPS-in spesifik “mikrobiom imzası” müəyyən edilib. Alimlər bu imzanın Kanadalı pasiyentlərdə 90 faizdən çox dəqiqliklə CRPS diaqnostikasını mümkün etdiyini bildirib.

 

 

Daha da maraqlısı odur ki, tədqiqatçılar, hətta əzalarını amputasiya etmiş və klinik simptomları aradan qalxmış şəxslərdə belə, CRPS-ə xas olan bağırsaq bakteriya modelinin hələ də mövcud olduğunu aşkarlayıblar. Bu, bəzi fərdlərin bağırsaq mikrobiomlarının onları CRPS kimi xroniki ağrı sindromlarına qarşı genetik və ya ekoloji baxımdan daha həssas edə biləcəyini göstərir. Tədqiqat 120 mikrobiom və 100-dən çox plazma nümunəsinin təhlilinə əsaslanır və bu sahədə ən genişmiqyaslı işlərdən biri hesab olunur. Nəticələr CRPS-in diaqnozu və hədəflənmiş müalicə strategiyalarının inkişafı üçün mühüm əsas yaradır.

 

Bu elmi nailiyyət bağırsaq mikrobiomu və süni intellekt texnologiyalarının klinik diaqnostikada birləşməsinin gücünü nümayiş etdirir və gələcəkdə fərdiləşdirilmiş ağrı müalicə protokolları üçün yeni imkanlar yaradır.

ÇOX OXUNANLAR
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
 Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub   
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşkilatçılığı ilə şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib
Şəhid anasının dalağında aşkarlanan çoxsaylı kistalarla əlaqədar laparoskopik üsulla cərrahi əməliyyat icra olunub
Yeni Klinikanın elmi tədqiqatı Dünya Neyroreabilitasiya Konqresində təqdim olunub
Səhiyyə Nazirliyinin dəstəyi ilə Tərtər və Suqovuşanda kardioloji AKSİYA
                  Qızıl birləşmələrini metal qızıla çevirən bakteriya aşkar edilib                        
Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub  
İlon Mask: Görmə qabiliyyətini bərpa etməyə yönəlmiş beyin implantı sınaqlara hazırdır
Bağırsağın quruluşundan ilhamlanan bakterial bioelement hazırlandı
Diabet və piylənmənin dərmansız müalicəsi istiqamətində yeni texnologiya - Qanda şəkəri və bədən çəkisini tənzimləyən elektron cihaz
Xankəndi şəhərinin təcili tibbi yardım əməkdaşları stasionardan kənar doğuşu uğurla həyata keçiriblər  
Səhiyyə naziri Anar Bayramov 3-cü Beynəlxalq Sağlamlıq Turizmi Konfransında iştirak edib