Çəpgözlüyü yaradan amillər nələrdir?
06.05.2025 16:40
Uşaqda çəpgözlük müşahidə edildiyi ilk andan etibarən valideynlər mütləq ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrindəki həkim-oftalmoloqlara müraciət etməlidir.
Çəpgözlük son zamanlar uşaqlar arasında xeyli yayılan və daha çox gözəçarpan xəstəlikdir. Bu isə gələcəkdə inkişaf pozuntularına, həmçinin ciddi fəsadlara səbəb olur.
Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının həkim-oftalmoloqu Yaqut Əşrəfova Aztibb.az-a bildirib ki, çəpgözlük əsasən, gözlərin bir-biri ilə müştərək işləməməsi səbəbindən meydana gəlir:
“Hər gözü idarə edən altı ədəd xarici əzələləri var ki, onlardan biri və ya bir neçəsi digərlərindən zəif olduqda, çəpgözlük yaranır. Bu zaman bir göz düz baxarkən digəri yuxarı, aşağı və ya yanlara doğru baxır. Digər xəstəliklərdə olduğu kimi çəpgözlüyün də erkən diaqnozu olduqca önəmlidir. Çəpgözlük həmçinin, anadangəlmə də ola bilər, bundan əlavə, sonradan yaranan, gözdə formalaşan katarakt (el arasında mirvari suyu), göz əzələlərinin inkişafdan geri qalması kimi müxtəlif səbəblərdən də çəpgözlük yarana bilir”.
Çəpgözülüyün əlamətləri sırasında gözlərin qeyri-paralel görünməsi, baş ağrıları, ikili görmə, üçölçülü görmə itkisi (iki gözün eyni anda işləməməsi, baş və boyunun gözə uyğun olaraq eyni istiqamətə əyilməməsi) olduğunu deyən həkim-oftalmoloq bildirir ki, 3 yaşa qədər uşaqlarda yalançı çəpgözlüyə də rast gəlinir. Lakin tam olaraq çəpgözlük diaqnozu qoyularsa, müxtəlif metodlarla müalicə prosesi başlamalıdır:
“Həmin uşaqlara nömrəli eynəklər təyin edilir. Lakin sonrakı mərhələdə bu hal davam edərsə, onlara xüsusi müalicə üsulları, bununla paralel olaraq, müalicəvi aparatlarla eynəklər təyin edilir. Əgər bu yollarla da çəpgözlük aradan qalxmazsa, mütləq əməliyyat təyin edilməlidir. Gözlərdən birində çəpgözlük müşahidə edilirsə, sağlam gözün bağlanaraq ağrısı, əyriliyi olan gözün işlədilməsi, əzələlərin daha işlək hala gətirilməsi üsulundan istifadə edilir”.
Həkim-oftalmoloq Yaqut Əşrəfova valideynlərə müraciət edərək bildirir ki, çəpgözlüyün müşahidə edildiyi ilk andan etibarən mütləq ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrindəki həkim-oftalmoloqlara üz tutulmalıdır:
“Əks halda, çəpgözlük daha da inkişaf edəcək. Bu isə öz növbəsində onların gələcək həyatında ciddi göz və baş ağrılarına, bununla yanaşı, inkişaf mərhələlərinin düzgün getməməsinə səbəb olacaq. Bu halda isə əməliyyat qaçılmaz olur”.
Bu bölməyə aid digər xəbərlər
Uşaqların erkən yaşda peyvənd olunması niyə vacibdir?
23.10.2026 | 11:11
Təzyiqinizi düzgün ölçürsünüzmü?
22.10.2026 | 15:18
Siqaretdə gizli təhlükə - 10 qutudan 9-da mikroplastik aşkarlanıb
22.10.2026 | 11:41
PROX1 zülalının bloklanması görmə qabiliyyətinin bərpasına ümid yaradır
22.10.2026 | 08:46
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 | 09:50
Təbiətə virtual tamaşa etməyin beyinə gözlənilməz təsiri araşdırılıb
21.10.2026 | 08:55
Dünya şəhərlərində minlərlə naməlum virus gizlənir
21.10.2026 | 07:51
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

