Laçında oftalmoloji aksiya keçiriləcək  
30.04.2025 14:25

Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə mərkəzin Avtomobil Səyyar Klinikası mayın 1-2-də Laçın rayonunda tibbi aksiya keçirəcək.

 

Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən Aztibb.az-a verilən məlumata görə, aksiyanın məqsədi Laçın rayonunda yaşayan sakinlərin görmə ilə bağlı problemlərinin vaxtında aşkarlanması, müayinə və ilkin müalicə yolu ilə aradan qaldırılmasına dəstək göstərməkdir. Aksiya çərçivəsində müasir tibbi avadanlıqla təchiz olunmuş Səyyar Klinikada ixtisaslı həkim-oftalmoloqlar tərəfindən əhaliyə ödənişsiz göz müayinələri aparılacaq.

 

Yerli əhali arasında aparılan müayinələr əsasında ümumi nəticələr təhlil ediləcək, aşkar olunmuş xəstəliklər müzakirə ediləcək və əməliyyat ehtiyacı olan pasiyentlərin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə yönləndirilməsi təmin olunacaq.

 

Aksiya saat 09:00-da başlayacaq.

 

Qeyd edək ki, 2005-ci ildən etibarən fəaliyyət göstərən mərkəzin Avtomobil Səyyar Klinikası bu müddət ərzində Azərbaycanın müxtəlif bölgələrində minlərlə vətəndaşa ödənişsiz oftalmoloji və cərrahi xidmətlərdən yararlanmaq imkanı yaradıb. Klinikanın məqsədi əhalinin yaşadıqları ərazilərdə vaxt itirmədən keyfiyyətli tibbi xidmət almasını təmin etməkdir.

2018-ci ildən etibarən fəaliyyət göstərən Dəmiryolu Səyyar Klinikası da bu missiyanın genişləndirilməsinə xidmət edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub