"Möcüzə qida – ana südü" simpoziumu keçiriləcək
21.04.2025 16:24
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Nutrisiologiya və Diyetologiya Assosiasiyasının (NUDİA) birgə həyata keçirdiyi "Sözdən əmələ keç, sağlam qidalanmanı seç" layihəsi davam edir.
 
Layihə çərçivəsində növbəti tədbir TƏBİB-in tərəfdaşlığı ilə aprelin 22-də Yeni Klinikada keçiriləcək.
 
Bu barədə Aztibb.az-a TƏBİB-dən bildirilib.
 
Qeyd olunub ki, "Möcüzə qida – ana südü" adlı simpoziumda ana südünün insan sağlamlığında rolu, bu sahədəki elmi yanaşmalar və real həyat təcrübələri peşəkar mütəxəssislərin iştirakı ilə müzakirə olunacaq.
 
“Ana südünün əhəmiyyəti”, “Ana südü və anaların təcrübəsi: Reallıq və çağırışlar” adlı panellər AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxovanın moderatorluğu ilə reallaşacaq.
 
Qidalanma üzrə mütəxəssis Lalə Yaqubova, uzman pediatr Əkbər Quliyev, uzman ginekoloq Emin Haqverdiyev, həkim-diyetoloq Tutu Zeynalova "Ana südünün əhəmiyyəti", tibb elmləri doktoru Nurəngiz Hacıyeva, uzman cərrah-ginekoloq Şəlalə Məmmədova, psixiatr Vəfa Şirinova, mütəxəssis-mama Turanə Türkoğlu isə “Ana südü və anaların təcrübəsi: Reallıq və çağırışlar” panellərində çıxış edəcəklər.
 
Simpoziumda iştirak etmək istəyən dinləyicilərin iştirakına şərait yaradılacaq. Panel müzakirələrdə iştirak etmək istəyən hamilə qadınlar 20 aprel saat 17:00-dək https://forms.gle/BiJwgX4mgN1b4wH48 linkindən qeydiyyatdan keçə bilərlər. İştirakı təsdiqlənən şəxslərlə əlaqə saxlanılacaq.
 
Bu tədbirə qatılan hamilə qadınlar və gələcək analar dünyaya gətirəcəkləri körpənin sağlam böyüməsi üçün çox faydalı məlumatlar əldə edəcəklər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub