Vaqif Qələndər Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib
02.04.2025 10:49

Azərbaycan Tibb Universitetinin professoru, tanınmış plastik-rekonstruktiv cərrah, tibb elmləri doktoru Vaqif Qələndər dünya tibb elmi və təhsili sahəsində göstərdiyi xidmətlərinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDABEA) həqiqi üzvü seçilib.

 

Universitetdən Aztibb.az-a verilən məlumata görə, o, həmçinin Qızıl Ulduz medalı ilə də təltif edilib.

 

Bundan əlavə, TDABEA-nın rəsmi tövsiyəsi ilə İsveçrənin Cenevrə şəhərində yerləşən Beynəlxalq Mükafat Komitəsi tərəfindən professor V.Qələndərə birinci dərəcəli Hipokrat Ordeni təqdim olunub.

 

Məlumat üçün bildirək ki, ABŞ-ın Florida universitetində Rui Fernandesin müəllifi olduğu “Local and Regional Flaps in Head Neck Reconstruction” dərsliyində professor Vaqif Qələndərin “Daxili döş arteriyası cərrahiyyəsi: yeni flebin təsviri” adlı bərpa üsulu “Vaqif Qələndər metodikası” kimi yer alıb və tədris olunur. Bu istiqamətdə bir çox dərslik və dərs vəsaitlərinin müəllifi olan V.Qələndərin 6 yeni cərrahiyyə metodu, həmçinin 78 elmi əsəri xarici ölkə jurnallarında və beynəlxalq konfrans materiallarında nəşr edilib.

 

Professor xaricdə bir çox elmi konfranslarda məruzəçi kimi iştirak edib,  ölkəmizdə isə 3 dəfə Beynəlxalq Plastik və Rekonstruktiv Cərrahiyyə konfranslarının təşkilatçısı olub. O, Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyinin qurucusu və sədri olmaqla, həm də Beynəlxalq Plastik və Rekonstruktiv Cərrahiyyə Konfederasiyasının idarə heyətinin üzvü, Beynəlxalq Plastik və Estetik Cərrahiyyə Assosiasiyasının milli katibidir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib