Hematoloq: "Mieloma xəstəliyi kimyəvi terapiya, radioterapiya, CART-cell müalicəsi və sümük iliyi transplantasiyası ilə icra edilir”
27.03.2025 13:43

Mart ayı çoxsaylı mieloma xəstəliyi ilə bağlı maarifləndirmə ayı kimi qeyd olunur.

 

Məlumat üçün bildirək ki, mieloma dünyanın ən təhlükəli xəstəliklərdən biri sayılır. Bu, limfositlərin erkən sələfləri səviyyəsində olan hüceyrələrin şiş xəstəliyidir.

 

Xəstəliyin əlamətləri, profilaktikası və müalicəsi ilə bağlı ATU-nun I Daxili xəstəliklər kafedrasının əməkdaşı, həkim-hematoloq Şəhla Şabanova Aztibb.az-a məlumat verib. O bildirib ki, çoxsaylı mieloma xəstəliyi tək bir şiş kimi deyil, sümük iliyində anormal plazma hüceyrələrinin yığılması və qanda zülalın anormal miqdarda olması şəklində özünü büruzə verir. Bu zaman xəstə sümüklərdə ağrı, halsızlıq, ürəkbulanma, tez yorulma halları ilə üzləşir. Həmçinin xəstədə patoloji sınıqlar, arıqlama, infeksiyalara tez-tez yoluxma müşahidə olunur. Azacıq hərəkət zamanı belə sümüklər sınır. Gecikmiş formalarda böyrək şikayətləri, Oliqo-Anuriya hallarına da (sidiyə çıxmanın zəifləməsi və ya bəzən tamamən itməsi) rast gəlinir.

 

Hematoloq qeyd edib ki, başlanğıc mərhələdə adi qan analizinin nəticələrində anemiya, həm də yüksək EÇS dəyəri aşkarlanarsa, çoxsaylı mieloma xəstəliyindən şübhələnmək olar. Bu xəstəliyin yaranma səbəbi hələ tam bəlli olmasa da, belə qəbul olunub ki, kimyəvi maddələr, neft və radiasiyaya məruz qalmaq xəstəliyi yaradan amillər sırasındadır. Çoxsaylı mieloma hüceyrələri sümük iliyində yaranıb artdığı üçün xərçəng hüceyrələrinin sağlam sümük hüceyrələrini istilasına səbəb olur.

 

Onun sözlərinə görə, daha çox 50-60 yaşlı insanlarda aşkar edilən çoxsaylı mieloma riski yaşla artır: “Statistikaya görə, qadınlara nisbətən kişilər bu xəstəliyə daha çox meyillidirlər. Xəstəliyin diaqnostikası - laborator, radioloji müayinələr, sümük iliyi aspirasiya və biopsiyası,  immunofiksasiya testləri əsasında aparılır. Vaxtında hematoloji müayinə və müalicənin aparılması xəstənin ömürlük əlil olmasının, dializdən asılı qalmasının qarşısını alır və uzun müddət yaşamasına şərait yaradır. Çoxsaylı mielomanın müalicəsində böyük elmi irəliləyişin olması, eləcə də yeni dərmanların yaradılması və müasir innovativ terapiyanın ortaya çıxması xəstələrin uzunmüddətli remissiyasına imkan verir. Hazırda bu xəstəliyin dərman müalicəsi kimyəvi terapiya, radioterapiya, CART-cell müalicəsi və sümük iliyi transplantasiyası ilə icra edilir”.

 

Ş.Şabanova vurğulayıb ki, hər qan azlığı çoxsaylı mieloma xəstəliyi demək deyil. Bununla belə, səbəbsiz anemiya aşkarlanarsa, bu xəstəliyin araşdırılması və hematoloji chek-up aparılması tövsiyə edilir. Həkimin sözlərinə görə, pasiyentlərin heç də hamısının innovativ müalicə metodlarından xəbəri yoxdur. Buna görə də xəstəliklə bağlı maarifləndirmə aylığı çərçivəsində müxtəlif tədbirlərin təşkili və məlumatların paylaşılması mühüm əhəmiyyət kəsb edir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır