TƏBİB-in nümayəndə heyətinin Avstriya Respublikasına işgüzar səfəri baş tutub
19.03.2025 11:49
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Avstriya Respublikasına işgüzar səfəri baş tutub.
 
Aztibb.az TƏBİB-in feysbuk səhifəsinə istinadla xəbər verir ki, səfər zamanı tibb və səhiyyənin müxtəlif sahələrini əhatə edən görüşlər və təcrübə mübadiləsi həyata keçirilib.
 
Nümayəndə heyətinin Avstriya Respublikasına işgüzar səfərinin məqsədi reabilitasiya xidmətlərinin inkişafı üçün əməkdaşlığın qurulması, həkimlərin təcrübə və biliklərinin artırılması üçün təcrübə proqramlarının təşkil edilməsi, Avstriyada yaşayan və fəaliyyət göstərən azərbaycanlı həkimlərlə tanışlıq, yeni əlaqələrin qurulması, Azərbaycan və Avstriya səhiyyəsinin idarə edilməsində mövcud perspektivlərin nəzərdən keçirilməsi olub.
 
Səfər çərçivəsində Azərbaycan Respublikasının Avstriya Respublikasında Səfirliyinə, “AUVA” Reabilitasiya Mərkəzinə, “AKH” Vyana Mərkəzi Xəstəxanasına, Avstriya Həkimlər Palatasına, Avstriya Avtomobil və Nəqliyyat Birliyinin (ÖAMTC) Helikopter Ambulans Mərkəzinə, “Gmundenberg” Nevroloji Terapiya Mərkəzinə, “EVER Pharma” əczaçılıq şirkətinə və istehsal sahəsinə səfərlər təşkil olunub, eləcə də həmin qurumların rəhbərləri ilə görüşlər keçirilib.
Görüşlərdə bir sıra aktual məsələlər müzakirə edilib, səmərəli işgüzar əlaqələr qurulub, eləcə də Azərbaycan və Avstriya respublikalarının səhiyyə sahəsində təcrübə mübadiləsi həyata keçirilib.
 
İşgüzar səfər çərçivəsində TƏBİB-in tabeliyində olan tibb mərkəzlərində reabilitasiya xidmətlərinin inkişafı üçün əməkdaşlığın qurulması, həkimlərin təcrübə və biliklərinin artırılması üçün təcrübə proqramlarının təşkil edilməsi, müasir reabilitasiya xidmətlərində tətbiq olunan metod və cihazlarla tanışlıq, Avstriyada yaşayan və fəaliyyət göstərən azərbaycanlı həkimlərlə tanışlıq əlaqələrinin qurulması, mümkün əməkdaşlıq sahələrinin müzakirə edilməsi, həmçinin gələcəkdə TƏBİB tərəfindən təşkil edilən proqram, simpozium, konfrans və digər tədbirlərdə iştirak barədə məlumat verilməsi, Avstriya hava ambulans xidməti ilə tanışlıq, hava ambulansları (helikopter) mərkəzlərinin Azərbaycanda qurulması istiqamətində müzakirə və fikir mübadiləsi baş tutub.
 
Qeyd edək ki, gələcəkdə bu kimi işgüzar səfərlərin həyata keçirilməsi, səhiyyə idarə edilməsində, tibbi xidmətlərin təşkilində beynəlxalq təcrübənin öyrənilməsi və xarici dövlətlərlə məhsuldar əməkdaşlığın genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi davam etdiriləcək.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub  
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
 Mərkəzi Gömrük Hospitalında kəskin infarkt keçirən 71 yaşlı xəstə üzərində mürəkkəb əməliyyat uğurla icra olunub   
Şirvan Şəhər Mərkəzi Xəstəxanasının rəhbərliyi şəhid ailəsini ziyarət edib
44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər cəmiyyətin ideoloji birliyini daha da möhkəmləndirib
Tibb işçilərinin bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlər davam etdirilir
Süni intellekt ölüm riskini müəyyənləşdirməkdə həkimlərdən daha dəqiq nəticə göstərib - 27 minə yaxın pasiyentin iştirakı ilə araşdırma
Nyu-Yorkda 30 ildən sonra qızılca səbəbindən ilk uşaq ölümü qeydə alınıb
BP-nin Vitse-Prezidenti Respublika Diaqnostika Mərkəzində miqrasiya üçün xüsusi müayinə xidməti ilə tanış olub
Cəlilabad RMX-nın tabeliyində fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərinə baxış keçirilib
Nizami Tibb Mərkəzində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
 Beyləqanın Qəhrəmanlı kənd sakinləri üçün səyyar tibbi müayinə keçirilib   
Psixoterapevt işləyən qadınlara hansı dəstəyin vacib olduğunu açıqlayıb