Qaraciyər transplantasiyasında anesteziyanın xüsusiyyətlərinə dair görüş keçiriləcək
10.03.2025 11:58
14 mart 2025-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, Azərbaycan Anestezioloqlar və Reanimatoloqlar Cəmiyyətinin və B.Braun şirkətinin birgə təşkilatçılığı ilə “Qaraciyər transplantasiyasında anesteziyanın və əməliyyatdan sonra intensiv terapiyanın xüsusiyyətləri” mövzusunda ekspertlərin görüşü keçiriləcək.
 
Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından xəbər verilib.
 
Tədbirdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektor müavini, Azərbaycan Anestezioloqlar və Reanimatoloqlar Cəmiyyətinin sədri, t.ü.f.d Zəhra Vəzirova və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, t.ü.f.d. Yeganə Abbasovanın moderatorluğu ilə həyata keçiriləcək tədbirdə Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqu Rəşad Nəsirli “Qaraciyər transplantasiyasında anesteziyanın xüsusiyyətləri”, Xəyal Məmmədov isə “Qaraciyər transplantasiyasında əməliyyatdan sonra intensiv terapiyanın xüsusiyyətləri“ mövzularında təqdimatla çıxış edəcəklər.
 
Tədbir saat 15:30-dan 18:00-dək əyani şəkildə Mərkəzi Gömrük Hospitalının akt zalında həyata keçiriləcək. Görüşdə iştirak dəvətnamə əsasında həyata keçiriləcək.
 
Proqramla tanış olmaq üçün keçid: https://customshospital.az/qaraciyer.../...
 
Əlaqə nömrəsi: (051) 232 66 64
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub