Ümumdünya Böyrək Gününə həsr edilən “Böyrək sağlamlığı həftəsi” layihəsi keçiriləcək  
06.03.2025 17:44
TƏBİB-in təşkilatçılığı və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə "TƏBİB-in İxtisas gündəliyi - 2025" proqramı çərçivəsində Ümumdünya Böyrək Gününə həsr edilən “Böyrək sağlamlığı həftəsi” layihəsi icra olunacaq.
 
Bu barədə Aztibb.az TƏBİB-ə istinadla xəbər verir.
 
11-12 mart tarixlərində Qəbələ Rayon Mərkəzi Xəstəxanasında böyrək xəstəlikləri və ağırlaşmalarından əziyyət çəkən vətəndaşlara Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunda yerləşən TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən uzman və ixtisaslı həkimlər (nefroloq, uroloq, ginekoloq, endokrinoloq, terapevt və pediatr) tərəfindən tibbi xidmətlər göstəriləcək.
 
13 mart tarixində isə Qəbələ rayonunda Qəbələ, Oğuz, Şəki, Balakən, Qax, Zaqatala rayonlarında yerləşən tibb müəssisələrinin həkim heyəti üçün seminarların təşkili, həmçinin vətəndaşların maarifləndirilməsi tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub.
 
Qəbələ, Oğuz, Şəki, Balakən, Qax və Zaqatala rayonlarının vətəndaşları tibbi müayinələrdən yararlanmaq üçün adıçəkilən tibb müəssisələrinin Qeydiyyat bölməsinə müraciət etməlidir.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub