İnsan beyin hüceyrələrinə əsaslanan ilk kompüter yaradılıb
06.03.2025 17:18

Avstraliyanın Cortical Labs şirkəti insan neyronları və silikon çipləri birləşdirən dünyanın ilk kommersiya biokompüteri olan CL1-i təqdim edib.

 

Aztibb.az “New Atlas”a istinadən xəbər verir ki, yeni sistem ənənəvi süni intellektdən daha sürətli öyrənmək və daha az enerji sərf etməklə hesablamada inqilab edəcəyini vəd edir.

 

CL1 sintetik bioloji intellekt texnologiyasına əsaslanır. Cihazın içərisində pluripotent kök hüceyrələrdən yetişdirilən canlı neyronlar üzvi hesablama şəbəkəsi təşkil edir. Onlar dəqiq siqnal nəzarətini təmin edən və sistemin real vaxt rejimində uyğunlaşmasına imkan verən elektrod massivinə yerləşdirilir.

 

Biokompüter qida mühiti, filtrasiya sistemi və termorequlyasiyası olan xüsusi həyat dəstəyi bölməsinə yerləşdirilib. CL1 xarici kompüter olmadan avtonom işləməyə qadirdir ki, bu da onu ənənəvi süni intellekt sistemlərinə daha təbii alternativ edir.

 

Tərtibatçılar artıq 30 belə vahiddən ibarət ilk server çarxını işə salıblar və ilin sonuna qədər texnologiyanı kommersiya bazarına çıxarmağı planlaşdırırlar. Müştərilər ya bulud xidməti vasitəsilə biokompüterə uzaqdan girişi edə, ya da cihazı 35 000 dollara ala biləcəklər.

 

CL1 tibb, əczaçılıq və robot texnikası üçün perspektivlər açır. Biokompüterlər yeni dərmanları sınaqdan keçirmək, neyrodegenerativ xəstəlikləri modelləşdirmək və adaptiv süni intellekt yaratmaq üçün istifadə edilə bilər.

 

Cortical Labs əvvəllər video oyunları oynaya bilən insan və siçan neyronlarına əsaslanan kompüter sistemi yaratmaqla elmi ictimaiyyətin diqqətini cəlb etmişdi. İndi şirkət canlı hüceyrələri gələcəyin hesablama texnologiyalarına daxil etməklə növbəti addımı atır.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır