“İqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri” mövzusunda məktəblilər arasında ümumrespublika layihə müsabiqəsi elan edilir
09.06.2024 16:19
“Regional İnkişaf” İctimai Birliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Sənaye Korporasiyası, ADA Məktəbi, Azərbaycan Mühəndislik Akademiyasi və “AzerGold” QSC-nin dəstəyi ilə həyata keçirilən “Qlobal iqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri” layihəsi çərçivəsində məktəblilər arasında ümumrespublika layihə müsabiqəsi elan edilir.
Bu məlumat Aztibb.az-a İctimai Səhiyyə və İslahatlar Mərkəzindən verilib.
VI-IX sinif şagirdləri üçün nəzərdə tutulan müsabiqədə hər məktəb 5 əsas və 3 ehtiyat olmaqla 8 nəfərdən ibarət bir komanda ilə təmsil oluna və yalnız bir layihə təqdim edə bilər.
Hazırlıq mərhələsində komandalar təlim və vebinarlar vasitəsilə müsabiqənin qaydaları, layihə mövzuları və istiqamətləri, layihənin strukturu və digər şərtləri barədə ətraflı məlumatlandırılacaqlar. (Müsabiqənin keçirilmə qaydaları haqqında link vasitəsitəsilə ətraflı məlumat ala bilərsiniz.)
Müsabiqədə iştirak etmək istəyən məktəblər link-dən istifadə edərək qeydiyyatdan keçməlidir. Qeydiyyat cari ilin 10 iyun tarixinədək davam edəcək.
Təşkilat Komitəsi tərəfindən təqdim olunan layihələr iqlim dəyişikliyinin ətraf mühitə və uşaqların sağlamlığına mənfi təsirlərinin azaldılmasına zəmin yaradılması, nəzərdə tutulan fəaliyyətlərin real və icrasının mümkünlüyü, problemin həllində yaradıcı və innovativ yanaşmalara üstünlük verilməsi, layihə yekunlaşdıqdan sonra fəaliyyətlərin davamlılığının təmini, maliyyə səmərəliliyi və digər meyarlar əsasında qiymətləndiriləcək və ən uğurlu 5 layihə qalib elan olunacaq. Qalib komandalara layihənin icrası üçün büdcə məbləğində pul mükafatı veriləcək.
Qeyd edək ki, layihənin məqsədi ölkəmizdə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi nəzərə alınaraq, bütün dünyanı narahat edən qlobal problemlərdən biri kimi iqlim dəyişikliyi və onun təsirləri barədə məktəbliləri maarifləndirmək, onları bu problemin həllində iştiraka və sağlam gələcək naminə ideyalarını bölüşərək həllər irəli sürməyə təşviq etməkdir.
Layihə üzrə, həmçinin iqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirlərinə dair ümumrespublika Uşaq Forumunun keçirilməsi, məktəblilər arasından seçilmiş “iqlim səfirləri”nin və mütəxəssislərin iştirakı ilə paytaxt və regionlarda pilot orta ümumtəhsil məktəblərində maarifləndirici tədbirlərin, ekoloji aksiyaların təşkili və iqlim dəyişikliyi mövzusuna dair dərnəklərin yaradılması planlaşdırılır.
Bu bölməyə aid digər xəbərlər
Tibbi tədqiqatların yeni üfüqləri: Data-analitika və süni intellekt
08.10.2026 | 11:20
Koreya Respublikasında “2026 – Ənənəvi Koreya Təbabəti Siyasəti” adlı təlim proqramı keçiriləcək
07.10.2026 | 17:49
TƏBİB-in İcraçı direktoru Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayon sakinlərini qəbul edəcək
06.10.2026 | 14:38
70 illik tarixdən yeni mərhələyə: ATU Stomatologiya fakültəsinin yubiley konfransı
04.10.2026 | 16:02
“Neyroradiologiyada süni intellekt – Görüntüdən zəkaya” adlı elmi seminar keçiriləcək
04.10.2026 | 13:19
AQTİ vakant vəzifə üzrə işə qəbul elan edir
03.10.2026 | 16:45
ATU-nun 1-ci Müalicə-profilaktika fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri vəzifəsinə qəbul elan edir
30.09.2026 | 14:06
Qoşqar Təhməzli sahibkarları qəbul edəcək
28.09.2026 | 14:53
2026-cı il ənənəvi tibb üzrə Ümumdünya Konfransı Pekində təşkil ediləcək
27.09.2026 | 15:14
“Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektləri: dayanıqlı və sağlam urban mühit” mövzusunda beynəlxalq elmi simpozium keçiriləcək
24.09.2026 | 15:52
ÇOX OXUNANLAR
LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb
30.09.2026 | 15:57
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
06.10.2026 | 13:49
"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: Aynurə Əliyeva
01.10.2026 | 16:44
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
29.09.2026 | 14:41
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
05.10.2026 | 11:31
ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib
30.09.2026 | 09:06
Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib
01.10.2026 | 15:26
Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub
29.09.2026 | 10:12
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
29.09.2026 | 09:24
“Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
01.10.2026 | 11:49
Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
03.10.2026 | 09:16
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
29.09.2026 | 14:12
Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”
02.10.2026 | 12:07
Oromandibulyar distoniya nədir?
03.10.2026 | 15:49
Diabet və böyrəklər: səssiz təhlükə
02.10.2026 | 11:23

