Respublika Klinik Xəstəxanası anestezioloq-reanimatoloq vəzifəsi üzrə vakansiya elan edir  
06.06.2024 11:25
Respublika Klinik Xəstəxanası həkim anestezioloq-reanimatoloq vəzifəsi üzrə vakansiya elan edir.
 
Bu barədə Aztibb.az-a Xəstəxanadan bildirilib.
 
Əməkhaqqı:
Əməkhaqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasına uyğun olaraq tənzimlənir.
 
Xəstəxana üçün uyğun namizəd:
Ali tibb təhsili;
Müvafiq sahədə 5 illik iş təcrübəsi
Tələb olunan sənədlər:
Şəxsiyyəti təsdiq edən sənədin surəti;
Əsas (baza ali) tibb təhsili haqqında sənədin surəti (diplom), xaricdə təhsil almış namizədlərin ali tibbi təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);
Xarici dövlətlərdə təhsil alan şəxslər üçün işə buraxılma haqqında şəhadətnamənin surəti (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);
Sertifikasiya şəhadətnaməsinin surəti (sertifikasiyadan keçməkdən qanunvericiliklə nəzərdə tutulmuş azadolma halları istisna olmaqla).
 
Müraciət qaydası:
CV və qeyd olunan sənədlərin nüsxələrini rkx@tabib.gov.az ünvanına mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını və iş yerini (məsələn: Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası–həkim-anestezioloq-reanimatoloq) qeyd edərək müraciət edə bilərsiniz.
Son müraciət tarixi: 05.07.2024
Müraciətlər nəzərdən keçirilərək, yalnız göstərilən meyarlara uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub