“Xəstəxanadaxili infeksiyaların idarə olunması: Sepsis və antibiotikterapiya” mövzusunda beynəlxalq konfrans keçiriləcək
06.06.2024 10:19
10 iyun 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Nəsil Qrup MMC şirkətinin birgə təşkilatçılığı ilə "Xəstəxanadaxili infeksiyaların idarə olunması: Sepsis və antibiotikterapiya" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
 
Bu barədə Aztibb.az-a Gömrük Hospitalından məlumat verilib.
 
Beynəlxalq konfransda “Antibiotik rezistentliyi ilə mübarizədə mikrobioloji diaqnostikanın rolu və antibiotikterapiya” və “Xəstəxanadaxili infeksiyalara nəzarətin əhəmiyyəti və infeksion kontrol” başlıqlı 2 paneldə ümumilikdə 8 məruzə dinləniləcək. 
 
Konfrans proqrama uyğun olaraq xüsusilə terapevt, mikrobioloq, gigiyenist, dezinfeksionist, laborant, metodist, anestezioloq-reanimatoloq, uroloq, infeksionist, immunoloq ixtisasına malik həkim və rezidentlər üçün nəzərdə tutulub.
 
Tədbir əyani olaraq saat 13:30-dan 18:00-dək Mərkəzi Gömrük Hospitalının akt zalında, distant olaraq isə zoom platformasında həyata keçiriləcək.
 
Elmi konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları” əsasında akkreditasiya olunaraq 4 DTT balı ilə qiymətləndirilib.
 
Konfransda iştirak ödənişsizdir. Qeydiyyatdan keçmək mütləqdir!
 
Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/SDeyea22NEHqwquw9
 
Ətraflı məlumat almaq üçün link: https://customshospital.az/xestexanadaxili.../
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub