Rezidenturaya qəbulun 1-ci mərhələsinin 2-ci cəhdində iştirak üçün qeydiyyat davam edir  
16.05.2024 11:16

Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) 2-ci cəhdində iştirak etmək üçün namizədlərin qeydiyyatı davam edir.

 

Aztibb.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib ki, xarici ölkələrdə ali təhsil almış və Elm və Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən olunmasını təsdiqləyən sənədləri əldə etmiş və müvafiq məlumatları Elm və Təhsil Nazirliyinin məlumat bazasında olan namizədlər qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu müddətində Mərkəzin rəsmi internet saytında “Namizədin elektron ərizəsi”ni doldurmalı və özləri təsdiq etməlidirlər.

 

Hazırda xarici ölkələrdə ali təhsil alan və əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələrə də baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək hüququ verilir. Bu kateqoriyaya aid olan şəxslər müəyyən edilmiş müddətdə Mərkəzin rəsmi internet saytında “Namizədin elektron ərizəsi”ni doldurmalı və əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmələri haqqında ali təhsil müəssisəsi tərəfindən verilmiş rəsmi arayışın notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini Sənəd Qəbulu Komissiyasına şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər (Ünvan: Bakı şəhəri, Həsən Əliyev küçəsi, 299). Komissiya hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dәk fəaliyyət göstərir.

 

Qeyd edək ki, rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) 2-ci cəhdində iştirak etmək üçün namizədlərin qeydiyyatı mayın 19-u saat 23:59-dək internet vasitəsilə aparılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub