ATU-da Erasmus+ mübadilə proqramı ilə növbəti fəaliyyət başa çatıb  
29.04.2024 14:57

Azərbaycan Tibb Universitetində (ATU) Erasmus+ mübadilə proqramı çərçivəsində növbəti fəaliyyət başa çatıb.

 

Universitetdən Aztibb.az-a bildirilib ki, Litva Sağlamlıq Elmləri Universitetinin Bioloji Sistemlər və Genetik Tədqiqatlar İnstitutunun əməkdaşı Yelena Loqinoviç ATU-da iki həftə ərzində akademik fəaliyyətlə məşğul olub.

 

ATU-nun rektoru, professor Gəray Gəraybəyli Yelena Loqinoviçlə görüşərək proqramın yekunlarını müzakirə edib.

 

Rektor Erasmus+ proqramı çərçivəsində həyata keçirilən fəaliyyətlərin təcrübə mübadiləsi baxımından önəmini vurğulayaraq Litvalı mütəxəssisə uğurlar arzulayıb.

 

Qeyd edək ki, Y.Loqinovuç ATU-nun tibbi biologiya və genetika kafedrasında həmkarları ilə təcrübə mübadiləsi aparıb, tələbələr üçün “Mutasiya. Xromosom xəstəlikləri. Sitogenetik metod” mövzusunda rus və ingilis dillərində mühazirələr oxuyub. Qonaq müəllim ATU tələbələrinə geneonoloji metod haqqında praktik məşğələ də keçib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Sabunçu Tibb Mərkəzində təlim:
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU alimlərinin beynəlxalq tədqiqatları dayanıqlı inkişafın qlobal məqsədlərinə töhfə verir
Vərəmlə mübarizədə ilkin səhiyyənin rolu - Şəmkirdə tibb işçiləri üçün maarifləndirici təlim