Beyin silkələnməsindən sonra nələrə diqqət yetirilməlidir?
05.11.2020 15:43

Beyin silkələnməsi kəllə-beyin tavmasının növlərindən biridir. Silkələnmə insan başdan zərbə aldıqda, yıxıldıqda, nəqliyyat qəzalarında, məişət və küçə travmalarında baş verir. Travma zamanı damarların spazmı baş verir, bu zaman baş beynin qan dövranı pozulur, onun ödemi baş verir ki, bu hal da bir müddət davam edir.

 

Beyin silkələnməsi qısamüddətli funksional pozğunluqlara səbəb olur. Bu zaman baş beynin özündə aydın zədələnmə olmur. Əgər kəllə sümüyündə sınıq varsa beyin əzilməsi baş verir.

 

Simptomları:

 

Travma almış insan 5 dəqiqə ərzində huşuni itirir. O, travmadan əvvəl olan hadisəni xatırlamır. Baş ağrısı, ürəkbulanma, qusma, avazıma, tənəffüsün tezləşməsi, əksər hallarda yuxululuq baş verir.

 

Zərərçəkən yuxulayırsa, bu, təhlükəli hesab olunur. Belə ki, yuxu zamanı qusma baş verir, qusuntu kütlələri tənəffüs yollarına düşərsə, ölüm baş verə bilər. Arterial təzyiq, bədən temperaturu dəyişmir. Aydın işıq, güclü səs ağrılı təsir edir. Bu əlamətlər 7-12 gün çəkir.

 

Ağırlaşmaları:

 

Ağırlaşmalar zamanı tərləmə artır, nəbz tez-tez vurmağa başlayır, arterial təzyiq dəyişir. Baş ağrıları, başgicəllənmə baş verir. Əgər baş beynin ödemi müalicə ilə aradan qaldırılmasza, qıcolmalar baş verir. Bu vəziyyət insanın məhvinə səbəb ola bilər.

 

Beyin silkələnləməsi zamanı nə etmək lazımdır?

 

Xəstəni mütləq travmatoloji şöbəyə çatdırmaq lazımdır. Silkələnmə olduqda xəstə 2 həftə stasionarda yatmalıdır. Bu zaman xəstə bir sıra müayinələrdən keçirilir. Kəllənin rentgenoqrafiyası, nevroloqun müayinəsi aparılır. Əgər kəllə sümüyü sınarsa, beyin əzilməsi diaqnozu qoyulur. Zəruri olarsa, beynin kompüter tomoqrafiyası, baş beynin exoqrafiyası aparılır. Stasionarda xəstə müalicə alır, iş qabiliyyəti isə 1 ildən sonra bərpa olunur. Bu müddət ərzində xəstəyə içki içmək, televizora, kompüterə baxmaq qadağan olunur. 1-2 həftə ciddi yataq rejimi təyin olunur. Baş beyin ödemini götürən dərmanlar, vitaminlər, ağrıkəsicilər təyin olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib