“Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçiriləcək
16.04.2024 14:45

23-24 may 2024-cü il tarixlərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda elmi-praktiki konfrans keçiriləcəkdir.

 

Bu barədə Aztibb.az-a AMEA-dan bildirilib.

 

Konfransın mövzuları

1.Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə təbiətə qayğıkeş münasibəti

2.1969-1982-ci illərdə ölkədə ilk dəfə ümumxalq miqyasda yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi

3.Azərbaycanın zəngin flora və fauna müxtəlifliyinin qorunub saxlanılması ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin tələbləri və tövsiyələri

4.Müstəqillik dövründə Azərbaycan Respublikasında Ulu Öndər Heydər Əliyevin təbiətə yeni baxışı, ətraf mühit sahəsində qəbul edilmiş mühüm qərar və tövsiyələr

5.Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkənin ekoloji siyasətinin formalaşması və inkişaf etdirilməsi məsələləri

  1. Ulu Öndər Heydər Əliyev və xüsusi mühafizə olunan təbiət əraziləri: yaradılması, genişləndirilməsi və idarə olunması
  2. Azərbaycan mədəniyyəti, folkloru, ədəbiyyatı və fəlsəfi dünyagörüşündə ekoloji ictimai şüur məsələləri və təbiətə münasibət
  3. Azərbaycanın ətraf mühit problemləri, bioloji müxtəlifliyin qorunması, ekoloji monitorinq məsələləri
  4. Ağıllı ətraf mühit, yaşıl artım və yaşıl texnologiyalar məsələləri
  5. Müasir dövrdə ekologiya və ətraf mühitin qorunmasında rəqəmsal texnologiyalar və süni intellekt faktoru
  6. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Yaşıl dünya naminə həmrəylik” və yaşıl enerji siyasəti
  7. Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən yaşıllaşdırma və reintroduksiya layihələri
  8. Azərbaycanın təbii landşaftları, torpaq və su ehtiyatları
  9. İşğaldan azad olunmuş ərazilərin ekoloji problemləri
  10. İctimai ekologiya və sağlamlıq problemləri

 

Konfransın keçirilmə tarixi

23-24 may 2023-cü il

 

Konfransın dili

Azərbaycan və ingilis

Konfrans materialları nəşr olunacaq, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və AR Elm və Təhsil Nazirliyinin rəsmi saytlarında yerləşdiriləcək.

 

Əsas istiqamətlər

Təqdim olunan tezislər konfrans mövzuları ilə bilavasitə əlaqələndirilməlidir.

 

Məruzə tezislərinin tərtib olunma qaydaları

  • Mətn Microsoft Word redaktorunda Times New Roman şrifti ilə (hərflərin ölçüsü – 12, interval – 1,15) yığılır, A4 formatında təqdim edilir (səhifənin kənar boşluqları hər tərəfdən 2 sm qoyulur);
  • Məruzənin mətni 3 səhifədən artıq olmamalıdır;
  • Tezisdən yuxarıda, sağda onun hansı bölməyə təqdim edilməsi mütləq qeyd olunmalıdır;
  • Mətnin əvvəlində ortadan məruzənin adı (baş hərflərlə, bold), onun altında tam şəkildə müəllifin adı və soyadı, onun altında təmsil etdiyi təşkilatın tam adı, korrespondent müəllifin e-mail ünvanı yazılır;
  • Mətndə abzaslar 1 sm qoyulur.

 

Məruzə tezislərinin göndəriləcəyi ünvan və qəbul olunması üçün son tarix

Tezislər konfrans.ekol.2024@gmail.com elektron ünvanına göndərilməlidir.

Son tarix: 6 may 2024-cü il

 

Konfransın keçiriləcəyi ünvan

Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binası

Bakı şəhəri, Hüseyn Cavid pr., 115

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Qan Donorları Assosiasiyasının sədri Gürcüstanda işgüzar səfərdə olub
Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsində 24/7 rejimində tibbi xidmətlər göstərilir
Ağır vəziyyətlərdə düzgün qərar qəbul etmək bacarığı ilə seçilən həkim - Rəşad Nəsirli
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib  
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Sabunçu Tibb Mərkəzində təlim:
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Laboratoriyada yetişdirilən beyin orqanoidləri illər ərzində inkişaf edir - TƏDQİQAT