Rezidentlər üçün növbəti seminar uroloji mövzuya həsr edilib  
03.04.2024 09:43

ATU-nun Tədris Cərrahiyyə Klinikasında Urologiya kafedrası ilə Rezidentura və magistratura şöbəsi rezidentər və gənc həkimlər üçün növbəti seminar təşkil edib.

 

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, seminara moderatorluq edən şöbə müdirinin müavini, assistent Namiq Xəlilov "Sidik axarı uşaqlıq yolu fistullarının cərrahi müalicəsi” mövzusunda çıxış etməsi üçün sözü Urologiya kafedrasının professoru Əlimərdan Bağışova verib.

 

Məruzəçi çıxışında qeyd edib ki, qadın cinsiyyət üzvlərinin travmalarına çox nadir hallarda rast gəlinir: “Xarakterinə görə küt travma nəticəsində əmələ gələn zədələr, deşilmiş, kəsilmiş, odlu silah yaraları, iti əşyalar üzərinə yıxılma nəticəsində olan travmalar, cinsiyyət üzvlərinə yad cismlərin daxil olması nəticəsində və yaxud da cinsi əlaqə, doğuş, tibbi əməliyyatlar zamanı əmələ gələn zədələri qeyd etmək olar. 

 

Son 20 ildə tərəfimizdən 36 xəstəyə sidik axarı ilə sidiklik arasında yeni əlaqənin yaradılmasını nəzərdə tutan ayrı-ayrı üsullarla rekonstruktiv əməliyyatlar aparılıb. Xəstələrin yaşı 19-62 (orta yaş 32) arasında olub. Rekonstruktiv əməliyyatlar əksər hallarda gec (1 ay və daha artıq), əməliyyatdan sonrakı dövrdə icra edilib. Onlardan 2 nəfərdə sidik axarı-uşaqlıq, 24 xəstədə isə sidik axarı-uşaqlıq yolu fistulu olub. 19 xəstə əməliyyatdan sonrakı dövrdə formalaşmış birincili sidik axarı-uşaqlıq yolu fistulu ilə klinikamıza daxil olub. 3 xəstədə fistulu ləğv etmək üçün daha əvvəl başqa klinikalarda müxtəlif əməliyyatlar aparılıb. 2 xəstədə fistulun daralması nəticəsində böyrək parenximasının tam atrofiyası ilə əlaqədar (hidroureterenefroz IV mərhələ) nefrektomiya icra edilib. Ümumiyyətlə, 36 xəstə üzərində 37 rekonstruktiv əməliyyat həyata keçirilib. Sidik yollarında apardığımız rekonstruv əməliyyatların effektivliyi uzaq funksional nəticələrə əsasən öyrənilib. Xəstələrin yoxlanması üçün ekskretor uroqrafiya, qalxan sistoqrafiya, böyrəklərin USM-si və həmçinin laborator müayinələrdən istifadə olunub. Uzaq funksional nəticələr 32 xəstədə yaxşı, 2 xəstədə kafi olub. Beləliklə, mamalıq-ginekoloji və abdominal cərrahiyyə praktikasında təsadüf edilən sidik axarı-uşaqlıq yolu fistullarını vaxtında və texniki cəhətdən düzgün korreksiya etməklə böyrəklərin ikincili atrofiyasının və bununla əlaqədar məcburi nefrektomiyanın qarşısını almaq mümkündür”.

 

Seminarda Urologiya kafedrasının müdiri, professor Rauf Nağıyev və I Mamalıq ginekologiya kafedrasının müdiri, professor Səadət Sultanova mövzuyla bağlı fikirlərini səsləndiriblər. Onlar ölkəmizdə və dünyada bu sahədə aparılan cərrahi əməliyyatların hazırkı vəziyyətindən, eləcə də yeni müalicə üsullarından bəhs ediblər.

 

Maraqlı keçən toplantıda klinikanın həkim-rezidentləri və tələbələr iştirak edib, iştirakçıları düşündürən suallar cavablandırılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev