"Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma" mövzusunda seminar keçiriləcək
19.03.2024 12:05

29 mart 2024-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda seminar keçiriləcək.

 

Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, seminarda “Beyin ölümü” diqanozunun klinik əhəmiyyəti, əyani vəsait üzərində beyin ölümü diaqnozunun təyini, beyin ölümündən sonra donor namizədlərin reanimasiya şöbəsində menecmenti və digər zəruri mövzular barədə ətraflı məlumat veriləcək.

 

Proqrama uyğun olaraq seminar transplantoloq, anestezioloq-reanimatoloq, radioloq və ümumi cərrah ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulub.

 

Tədbirin saat 13:30-dan 18:00-dək Mərkəzi Gömrük Hospitalının akt zalında həyata keçirilməsi planlaşdırılır.

 

Seminar 4 DTT balı ilə qiymətləndirilib. Proqramı tamamlayan iştirakçılara sertifikat veriləcək.

 

Seminarda iştirak ödənişsizdir. Öncədən qeydiyyatdan keçmək mütləqdir.

 

Proqramla tanış olmaq üçün link: https://customshospital.az/mt-https://aztibb.az/az/content/uploads/2024/03/proqram-beyn-oeluemue_rgb.pdf 

 

Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/EDZHwMwthpxseaHE8 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub