Məzun həkim-rezidentlərin nəzərinə!  
12.03.2024 08:54

Yekun attestasiya üzrə  imtahanın test mərhələsi  18 mart 2024-cü il tarixində saat 12:00-da ATU-nun İmtahan Mərkəzində (VTM), praktik komponent mərhələsi isə 29 mart 2024-cü il tarixində  saat 10:00-da ATU-nun uyğun kafedralarında keçiriləcək.

 

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, yekun attestasiyanın istənilən mərhələsində iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

 

Yekun attestasiyanın test mərhələsində rezident 3 saat ərzində 45 test sualına cavab verməlidir. 45-test tapşırığından 40-ı standart test olmaqla hər bir test tapşırığı 1(bir) balla qiymətləndirilir və səhv cavablar və ya sualın cavabsız qoyulması 0(sıfır) bala bərabər tutulur. 5 sayda  açıq tipli testlərin isə hər biri 2 (iki) balla  qiymətləndirilir və açıq sualların çoxcavablı tipində səhv cavablar düz cavablara təsir göstərir.  Testin yekununa görə 40 və ya daha çox bal toplayan rezidentlər yekun attestasiyanın ikinci mərhələsinə buraxılırlar. Apellyasiyaya müraciət imtahan günü olmalıdır və ərizəyə 3 saat ərzində baxılır.

 

Yekun attestasiyasının praktiki komponent mərhələsi Attestasiya Komissiyası tərəfindən aparılacaqdır. Bu mərhələdə rezident tərəfindən 5 müxtəlif klinik hal araşdırılır. Klinik halların hər biri 10 bal çərçivəsində qiymətləndirilir. Bu mərhələnin yekununa görə 30 və ya daha çox bal toplamış rezident yekun attestasiyadan müvəffəqiyyətlə keçmiş hesab edilir.

 

 

İxtisaslar

 

Yekun attestasiyanın praktik mərhələsi  üzrə

Imtahanın keçiriləcəyi yer

 

Ümumi cərrahiyyə

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası,  XIII mərtəbə

Uşaq cərrahiyyəsi

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, IV mərtəbə

Plastik cərrahiyyə

Azərbaycan Tibb Universitetinin Tədris  Cərrahiyyə  Klinikası, VIII mərtəbə

Travmatologiya-ortopediya

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, IX mərtəbə

Mamalıq-ginekologiya

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, XIII mərtəbə

Oftalmologiya

 

Azərbaycan Tibb Universitetinin Tədris  Cərrahiyyə  Klinikası,  IV mərtəbə

Daxili xəstəliklər

 

Azərbaycan Tibb Universitetinin  Tədris Terapiya Klinikası, VII mərtəbə

Kardiologiya

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası,  VIII  mərtəbə

Dermatovenerologiya

 

Azərbaycan Tibb Universitetinin Dermatovenerologiya kafedrası(Dəri-Zöhrəvi dispanserin nəzdində)  

Şüa diaqnostikası

 

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, XII mərtəbə.

Qastroenterologiya

Azərbaycan Tibb Universitetinin  Tədris Terapiya Klinikası, 11-ci mərtəbə

Yoluxucu xəstəliklər

 

Azərbaycan Tibb Universitetinin  1№-li tədris korpusu (Latın korpusu), II mərtəbə

Pediatriya

 

Azərbaycan Tibb Universitetinin  Tədris Terapiya Klinikası, V mərtəbə

Anesteziologiya-Reanimatologiya

Azərbaycan Tibb Universitetinin  Tədris Terapiya Klinikası, X mərtəbə

Fizioterapiya və tibbi bərpa

Azərbaycan Tibb Universitetinin  Tədris Terapiya Klinikası, 7-ci mərtəbə

Sosial gigiyena və səhiyyənin təşkili

Azərbaycan Tibb Universitetinin   5 saylı tədris korpusu (əsas bina), İctimai sağlamlıq və səhiyyəni təşkili kafedrası

Patoloji anatomiya-məhkəmə tibbi ekspertiza

Azərbaycan Tibb Universitetinin  Patoloji anatomiya kafedrası

Ftiziatriya

 

Azərbaycan Tibb Universitetinin  Ağ ciyər xəstəlikləri kafedrası

Tibbi mikrobiologiya

 

Azərbaycan Tibb Universitetinin 4 nömrəli  tədris binası, III mərtəbə

Psixiatriya

Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrası

Uşaq və yeniyetmə psixiatriyası

Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrası

Epidemiologiya

 Azərbaycan Tibb Universitetinin 5-ci korpusu(əsas bina) , Epidemiologiya kafedrası

Ailə təbabəti

Bakı şəhəri, 3 saylı şəhər poliklinikası, 3-cü mərtəbə

 

Rezidentura və magistratura şöbəsi

012 597 44 83

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub