ATU-nun Biokimya kafedrasına müdir seçkisi olub  
05.03.2024 16:04

Bu günlərdə ATU-nun Biokimya kafedrasının iclası keçirilib.

 

Aztibb.az-a ATU-dan verilən məlumata görə, iclası giriş sözü ilə açan İctimai səhiyyə fakültəsinin dekanı, dosent Qalina Qəniyeva bildirib ki, bu günlərdə “Təbib” qəzetində Biokimya kafedrasına müdir seçilmək üçün müsabiqə elan edilib. O vurğulayıb ki, bu yığıncaqda professor Gülnarə Əzizovanın həmin müsabiqədə iştirak edərək yenidən bu vəzifəyə seçilməsi üçün etdiyi müraciət müzakirəyə çıxarılıb.

 

Bundan sonra professor G.Əzizova bu vəzifədə işlədiyi müddət ərzində kafedrada həyata keçirilən bir sıra yeniliklər, tədris işinin hazırki vəziyyəti, eləcə də özünün elmi-pedaqoji fəaliyyəti barədə məlumat verib və gələcək platformasını diqqətə çatdırıb.  

 

Toplantıda çıxış edən kafedranın məsləhətçi professoru Arif Əfəndiyev, dosentlər Akif Qarayev, Akif Hacıyev və başqaları kafedranın hazırkı müdiri, professor G.Əzizovanın peşəkar fəaliyyətindən bəhs edərək, onun bu vəzifənin öhdəsindən uğurla gəldiyini, kafedra əməkdaşlarının etimadını qazandığını və kollektivdə xoş münasibət yaratdığını söyləyiblər. Natiqlər, həmçinin onun elmi-pedaqoji keyfiyyətlərini yüksək qiymətləndirib və yenidən bu vəzifəyə seçilməsini dəstəkləyiblər. Onlar çıxışlarında bildiriblər ki, Gülnarə xanımın kafedrada yaratdığı nizam-intizam, eləcə də hamıya örnək olan müsbət fəaliyyəti əməkdaşların ürəyincədir.

 

Sonra professor G.Əzizovanın bu vəzifəyə namizədliyi irəli sürülüb. Açıq səsvermə yolu ilə kafedranın 48 nəfər əməkdaşı yekdilliklə Gülnarə xanımın lehinə səs verib. Bu nəticə nəzərə alınmaqla onun yenidən Biokimya kafedrasına müdir seçilməsi İctimai səhiyyə fakültəsinin Elmi Şurasına tövsiyə edilib.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev