ATU rektoru universitetdə yeni fəaliyyətə başlayan Ortodontiya kafedrasını ziyarət edib
01.03.2024 11:57

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru professor Gəray Gəraybəyli universitetdə yeni fəaliyyətə başlayan Ortodontiya kafedrasını ziyarət edib. 

 

Universitetdən Aztibb.az-a verilən məlumata görə, professor G.Gəraybəyli ATU-nun Tədris Stomatoloji Klinikasında yerləşən bu kafedranın əməkdaşları və rezident həkimlərlə görüşüb, kafedrada tədris üçün yaradılmış şəraitlə tanış olub, dərs prosesini gedişini izləyib.  

 

O, klinika və kafedra rəhbərliyi ilə görüşdə bu yeniliyin ortodontiya sahəsində ətraflı tədqiqat aparmaq istəyən gənclər üçün yeni imkanlar yaradacağından əmin olduğunu bildirib və onlara uğurlar diləyib. Rektor Gəray Gəraybəyli kafedrada yaradılmış şəraiti yüksək qiymətləndirərək müvafiq tövsiyə və tapşırıqlarını da verib.

 

Ortodontiya kafedrasının müdiri, dosent Ramidə Şadlinskaya hazırda 12 rezidentin klinik və tədqiqat proqramlarında iştirak etdiyini söyləyib. Rezidentlər üçün həm kafedranın əməkdaşları tərəfindən, həm də dəvət olunan mütəxəssislər tərəfindən mütəmadi mühazirə saatlarının təşkil olunduğunu vurğulayıb.

 

ATU-nun Tədris Stomatoloji Klinikasının direktoru Mahir Səfərov yeni kafedranın yüksək standartlara uyğun tədris prosesinin təşkili üçün zəruri olan avadanlıqlarla tam təchiz olunduğunu, burada peşəkar professor-müəllim heyətinin fəaliyyət göstərdiyini vurğulayıb. M.Səfərov Tədris Stomatoloji Klinikasının fəaliyyətində tətbiq edilən müasir təhsil metodları, yeniliklər barədə də rektoru məlumatlandırıb, tətbiq edilən islahatların tələbələrin bilik və bacarıqlarını artırılmasına yönəldiyini qeyd edib.  

 

Qeyd edək ki, ortodontiya stomatologiyanın diş-çənə anomaliyalarının etiologiyasını, patogenezini, diaqnostikası və müalicə üsullarının xüsusiyyətlərini öyrənən bir sahəsidir.  Ötən əsrin 70-ci illərinə kimi ölkəmizdə ortodontiya fənni tədris olunmayıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev