ATU Tələbə Elmi Cəmiyyətinin jurnalının və saytının təqdimatı olub  
29.02.2024 14:39

Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Elmi Cəmiyyəti ənənəvi növbəti tədbirini keçirib. Tədbirdə TEC-in yekun konfransına hazırlıq, TEC mətbu orqanının, saytının təqdimatı müzakirə olunub, startap layihəsi və onun istiqamətləri ilə bağlı iştirakçılara geniş məlumat verilib.

 

Bu məlumat Aztibb.az-a ATU-dan verilib.

 

Tədbiri giriş sözü ilə açan ATU TEC-in elmi rəhbəri, tibb elmləri doktoru Müşfiq Həsənov TEC-in mətbu orqanı olacaq “Azerbaijan Medical Student Journal”ın iki dildə nəşr olunacağını bildirib: “Bu mətbu orqanı təsis etməkdə əsas məqsədimiz orada ən yaxşı tələbə elmi-tədqiqat işlərini dərc etmək, universitetin saytında yerləşdirməkdir. Qeyd edim ki, jurnalın baş redaktoru ATU-nun rektoru, professor Gəray Gəraybəyli, müavinlər isə universitetin Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov, mən və TEC-in sədri Həmid Səfərlidir. Jurnalda redaksiya və məsləhət şuralarının təşkili də nəzərdə tutulub.

 

M.Həsənov xatırladıb ki, tələbələrin elmi araşdırmalarının səmərəliliyini daha da artırmaq məqsədi ilə universitetimizdə Elmi Departament təşkil olunmaqdadır. Departamentin may ayında fəaliyyətə başlayacağı nəzərdə tutulub.

 

Professor TEC-in yekun konfransının mayın 22-23-də Naxçıvan şəhərində keçiriləcəyini də diqqətə çatdırıb. Bildirib ki, bu konfrans Azərbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Bakı Dövlət Universitetinin Tibbi genetika və biologiya fakültəsinin birgə iştirakı ilə keçiriləcək: “Biz də fakültələrimizin ən yaxşı tələbə elmi-tədqiqat işlərini konfransa göndərəcəyik. İnanıram ki, orada da gələcək işlərimizə faydalı olacaq yüksək nəticələr göstərəcəyik”.

 

TEC-in sədri Həmid Səfərli “Azerbaijan Medical Student Journal”ın və atutec1932@wordpress.com saytının yaradılma məqsədləri, orada təqdim olunacaq funksiyalar, saytdakı bölmələr və bütün bunların elmi-tədqiqat işləri ilə məşğul olan tələbələr üçün faydası və əhəmiyyətindən söhbət açıb.

 

Universitetin dosenti Aytən Cəfərova startap layihələri, bu layihələrə başlamağın şərtləri və müəyyən istiqamətləri ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib. Ona ünvanlanan sualları ətraflı şəkildə cavablandıran A.Cəfərova, tələbələri startap layihələrində aktiv iştirak etməyə və yeni ideyalar ortaya qaymağa çağırıb.

 

Tədbir müzakirələr və maraqlı təkliflərin səsləndirilməsi ilə başa çatıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev