"Yenidoğulmuşlarda görülən xəstəliklərin rentgenoloji diaqnostikası" mövzusunda seminar təşkil olunub
06.02.2024 12:02

ATU-nun Tədris Cərrahiyyə Klinikasının Neonatologiya şöbəsi Rezidentura və magistratura şöbəsi ilə birgə rezidentlər üçün növbəti seminar keçirib.

 

Aztibb.az-a ATU-dan bildirilib ki, tədbirdə şöbə müdirinin müavini, assistent Namiq Xəlilov seminarın mövzusunun "Yenidoğulmuşlarda görülən xəstəliklərin rentgenoloji diaqnostikası" olduğunu diqqətə çatdırıb və sözü TCK-nın Neonatal və intensiv terapiya şöbəsinin müdiri, assistent Sərxan Elbəyiyevə verib.

 

O, çıxışında neonatal dövrdə olan xəstəliklərdən və erkən diaqnostikadan, həmçinin diferensial diaqnostikadan bəhs edən məruzəçi müxtəlif ağciyər patologiyalarında rentgenlə görüntüləmə ilə diaqnozun qoyulması zamanı diqqət edilməli məqamlar haqda ətraflı məlumat verib.

Diferensial diaqnostikada fərqli kölgəliklərin düzgün tanınmasının böyük əhəmiyyət daşıdığını bildirən S.Elbəyiyev mekonium aspirasiyası sindromu, pnevmotoraks, həzm sisteminin müxtəlif hissələrinin atreziyaları, hidrops, malrotasiya, yarımçıqdoğulmuşlarda sıx və nadir görülən ağciyər patologiyaları (respirator distress sindrom, anadangəlmə surfaktant əksiklikləri), tranzitor taxipnoe, anadangəlmə pnevmoniyalar, hava qaçağı sindromları (pnevmotoraks, pnevmomediastinum, pnevmoperikardium), yarımçıqdoğulmuşlarda daha sıx görülən nekrotizəedici enterokolit, spontan intestinal perforasiya, doğuş travmaları (kaput suksadenum, sefalhematoma, subqaleal qanaxma, körpücük sümüyü sınıqları zamanı yenidoğulmuşun rentgen görüntülərində nələrə diqqət olunması barədə çıxış edib.

 

Tədbirdə neonatologiya üzrə təhsil alan rezidentlər iştirak ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev