Beyin ölümünün diaqnostikası müzakirəyə çıxarılıb  
05.02.2024 17:04

ATU-nun Rezidentura və magistratura şöbəsinin Anesteziologiya və reanimatologiya kafedrası ilə birgə keçirdiyi növbəti seminarda beyin ölümünün diaqnostikası və müayinə üsullarından danışılıb.

 

Aztibb.az-a ATU-dan bildirilib ki, kafedranın assistenti Pərisa Xoşbonyani bildirib ki, beyin ölümü konsepsiyası texnoloji inkişafın bugünkü mərhələsində bədənin kritik sistemlərinin dönməz şəkildə məhv olması anlayışına əsaslanır: “Yəni nə indi, nə də gələcəkdə süni, bioloji, kimyəvi və ya elektron texniki vasitələrlə əvəz edilə bilməyən sistemlər yoxdur. Təkcə beyin həqiqətən əvəzolunmazdır. Beyin ölümü diaqnozunun qoyulması həm beyin ölümü baş verən xəstələrin mənasız müalicəsini dayandırmağa imkan yaratmaq zərurəti, həm də transplantasiya məqsədilə orqanların çıxarılması üçün tibbi, hüquqi və mənəvi əsasların yaranması ilə müəyyən edilib. 

 

Beyin ölümü, həmçinin “nevroloji meyarlara görə ölüm” kimi adlandırıla bilər. Başqa sözlə desək, ürək-qan damar sistemi fəaliyyət göstərdiyi zaman, beyin və beyin kötüyü funksiyalarının geridönməz itirilməsi səbəbindən tənəffüsün süni tənəffüs aparatı ilə təmin olunması hesabına meyit “yaşayır". Klinik ölümdən fərqli olaraq, beyin ölümü diaqnozu qoyulmuş şəxsin həyata qayıtması qeyri- mümkündür”. 

 

Həkim və rezidentlərin iştirak etdiyi seminarın sonunda beyin ölümünü yoxlama vərəqəsi təqdim olunub və müzakirələr aparılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev