Rezidentlər klinikalardakı müşahidələrindən danışıblar  
02.02.2024 11:36

ATU-nun Yoluxucu xəstəliklər kafedrasında “İnfektologiyanın aktual problemləri” mövzusunda rezidentlərin növbəti seminarı keçirilib.

 

Aztibb.az-a ATU-dan bildirilib ki, tədbirdə kafedra müdiri, dosent Cəlal İsayev bu cür seminarların rezidentlərin gələcəkdə klinik mütəxəssis kimi yetişməsində çox böyük rol oynadığını bildirib. O, əlavə edib ki, kafedrada rezident və magistrantlara, eləcə də onların kurator və elmi rəhbərlərinə rahat şərait yaradılıb və daim dəstək verilir.

 

Daha sonra çıxış edən rezidentlər fəaliyyət göstərdikləri klinikalarda tək-tək təsadüf edilən və atipik gedişə malik xəstələr üzərində apardıqları müşahidələrinin nəticələri haqqında məlumatlar veriblər. Onların çıxışları kafedra əməkdaşları və rezidentlər tərəfindən maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub.

 

Seminarın gedişində kafedra müdiri C.İsayev və rezidentlərin rəhbərləri - dosentlər M.Muxtarov, E.Orucova, G.İbrahimova, S.Əhmədova, R.Bəylərova, Ş.Rəşidova, K.Cəfərova, assistentlər S.Məmmədov, M.Bağırova, X.Əhmədzadə və R.Nəzərova rezidentlərin çalışqan olduqlarını, elmə böyük maraq göstərdiklərini qeyd ediblər. Bununla yanaşı, öz irad və tövsiyələrini də çatdırıblar. Onlar belə maraqlı və səmərəli tədbirlərin davamlı olacağına ümid etdiklərini vurğulayıblar. 

 

Tədbirdə Yoluxucu xəstəliklər kafedrasının müəllimləri və rezidentləri iştirak ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev