TƏBİB İxtisaslı tibbi xidmətlər şöbəsinə böyük məsləhətçi vəzifəsinə işçi axtarır
30.01.2024 13:19
TƏBİB Tibbi xidmətlərin təşkili departamentinin İxtisaslı tibbi xidmətlər şöbəsinə böyük məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.
 
Bu barədə Aztibb.az-a TƏBİB-dən bildirilib.
 
TƏBİB üçün uyğun namizəd:
 
Ali tibbi təhsil (Stomatologiya və laboratoriya işi istisna);
Səhiyyənin təşkili istiqamətində minimum 3 il iş təcrübəsi;
Dil bilikləri: Rus və ingilis dili – arzuolunan;
Kompüter bilikləri: Microsoft Office – sərbəst.
 
Əlavə məlumatlar:
 
İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi
 
İş vaxtı: 09:00 – 18:00
 
Müraciət qaydası:
 
CV vacancy@tabib.gov.az ünvanına göndərilməlidir;
Mövzu sətrində “İxtisaslı tibbi xidmətlər şöbəsi – Böyük məsləhətçi” qeyd olunmalıdır;
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.
 
Son müraciət tarixi: 10.02.2024
 
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
 
Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
 
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır