Travmatoloq: "Oynaq ağrıları adətən oynaq mayesinin azalması və ya qığırdaqların zəifləməsi səbəbindən baş verir"
29.01.2024 10:49
Oynaq ağrısı özü bir simptomdur və hansısa xəstəliyin fonunda yaranır.
 
Bu barədə Aztibb.az-a Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının travmatoloq-ortoped Vüsal Məmmədov oynaq ağrısının səbəblərdən bəhs edərkən bildirib. Həkim qeyd edib ki, ilk növbədə travmadan sonra yaranan ağrılar, revmatik xəstəliklərin fonunda və infeksion xəstəlikləri zamanı, eləcə də yaşla əlaqədar osteoartrit və asteoartroz zamanı yaranan oynaq ağrılarını qeyd etmək olar. Həmin ağrılar xəstənin normal hərəkətini məhdudlaşdırır.
 
Travmatoloq qeyd edib ki, oynaq ağrısı oynaqları əhatə edən qığırdaq, bağ, əzələ və vətər kimi strukturlarda ağrı və yanma hissi olaraq təyin olunur. Yaş artdıqca çoxalan oynaq ağrıları müxtəlif səbəblərdən baş verə bilər. Oynaq ağrıları adətən oynaq mayesinin azalması və ya qığırdaqların zəifləməsi səbəbindən baş verir. Bundan əlavə, müxtəlif sümük xəstəlikləri, oynaq iltihabı, artıq çəki, zədələr və travmalar, hipotiroidizm, fibromiyalgiya,lupus kimi xəstəliklər də oynaqların zədələnməsinə və bu səbəblə də ağrılara yol aça bilər.
 
 
"Oynaq ağrıları arasında çiyin nahiyəsini əhatə edən ağrılar ən başda gəlir. Çiyin nahiyəsindən əlavə omba və diz bölgəsi ilə birlikdə digər oynaqları əhatə edən şiddətli ağrılar da oynaq ağrılarındandır. Oynaqları qorumaqla artrit və artroz kimi xəstəliklərə tutulma riskini azaltmaq olar. Bunun üçün ilk növbədə hər gün açıq havada bir saat gəzmək, çoxlu maye qəbul etmək, bədən çəkisinə diqqət etmək lazımdır", - deyə Vüsal Məmmədov bildirib.
 
Həkim oynaq ağrılarının əlamətlərini sadalayıb:
Oynaqlarda ödəm və şişliyin meydana gəlməsi,
Oynaq dəri nahiyəsində qızartının əmələ gəlməsi (infeksion proses varsa),
Oynaq ağrıları səbəbi ilə xəstənin hərəkətlərinin məhdudlaşması,
Ağrı səbəbi ilə yerişin pozulmasının müşahidəsi və s.
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Rahim Hüseynov TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub
ÜST-nin Azərbaycandakı Ofisində yeni vakansiya!
 Qobustanda 85 yaşlı pasiyent üzərində yüksək riskli cərrahi əməliyyat uğurla icra olunub   
Mərkəzi Klinika ASCVTS-in 34-cü illik konfransında təmsil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyət göstərən “ETKİ könüllüləri”nə sertifikatlar təqdim olunub
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin 24 könüllüsü üçün ilkin tibbi yardım mövzusunda təlim keçirilib
 Naxçıvanda orta tibb işçiləri üçün vakansiya elan olunub   
 Qusarda qanvermə aksiyası:
 Görkəmli alim Ağabəy Sultanovun 90 illiyi qeyd olunub   
 Sumqayıtda İmmunizasiya Həftəsi çərçivəsində 1263 uşaq peyvənd olunub   
Qobustan RMX-da konfrans: “Nurlu ömrün salnaməsi”
Azərbaycan EMT Qrupu yoxlama aparmaq üçün Türkiyəyə gedib
Səhiyyə Nazirliyinin nümayəndələri Özbəkistanda beynəlxalq forumda iştirak ediblər  
 Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Bioetika Komissiyasının növbəti iclası keçirilib